Farandzem Knunyants () — erməniəsilli Rusiya inqilabçısı, köhnə bolşevik (1903-cü ildən partiya üzvüСаркисян С. Т. Энциклопедия Арцах-Карабаха. Спб., 2005. — 312 с.: ил. ISBN 5-9676-0034-5)). Üç rus inqilabının iştirakçısı olmuş, Oktyabr inqilabından sonra Bakı partiya təşkilatında, Sov.İKP MK aparatında, SSRİ Dəniz Donanması Nazirliyinin Siyasi İdarəsində işləmişdir. Lenin ordeni və "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir.Ф. Кнунянц-Ризель В БАКИНСКОМ ПОДПОЛЬЕ:: В сб. Женщины в революции. — М.: ГОСУДАРСТВЕННОЕ ИЗДАТЕЛЬСТВО ПОЛИТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ, 1959. — с.41

Həyatı Farandzem Minaevna (Mirzəcanova) Knunyants-Rizel 1885-ci ildə Şuşa şəhərində müəllim ailəsində anadan olmuşdur.

1899-cu ilin sonunda Bakıya köçmüş, burada Müqəddəs Nina gimnaziyasında təhsil almışdır. Bakıda şagird sosial-demokrat dərnəyinin üzvü olmuşdur. 1902-ci ilin may ayında 1 may nümayişində iştirak etdiyinə görə qısaca Faro adlandırılan Farandzem qardaşları və onların həyat yoldaşları ilə birlikdə həbs edilmişdir.

1903-cü ildə bolşeviklər partiyasına daxil olmuşdur. Həmin il Bakının 1-ci qadın gimnaziyasının 6-cı sinfinə qəbul edilmiş, lakin "etibarsız" sayıldığı üçün 8-ci, yəni pedaqoji sinfi bitirmək hüququ verilməmişdir. 1904-cü ildə gimnaziyanın 7-ci sinfini bitirmiş və partiya tapşırığı ilə Peterburqa göndərilmişdir.

1905-ci ildə Peterburqdan Bakıya qayıtmışdır.Осмыслить культ Сталина. М., 1989, С.93. Bakı RSDFP komitəsinin fəaliyyətində (1901—1904, 1906—1909, 1914—1917), Peterburq, Tiflis və digər şəhərlərin sosial-demokrat təşkilatlarında iştirak etmişdir. Bakıda inqilabi hərəkatın iştirakçısı olmuşdur.

1909-cu ilin sentyabrında yenidən partiya tapşırığı ilə Peterburqa göndərilmiş və orada Bestujev kurslarının hüquq fakültəsinə daxil olmuşdur, çünki həmin dövrdə orada siyasi etibarlılıq haqqında şəhadətnamə tələb olunmurdu.

1914-cü ildə kursları bitirdikdən sonra partiya işi üçün Tulaya göndərilmişdir. Lakin orada yerləşməyə macal tapmadan Bakıya sürgün edilmişdir.

1924-cü ildə ailəsi ilə birlikdə Moskvaya köçmüşdür. 1924—1957-ci illərdə Ümumittifaq Radiokomitəsində, ÜİK(b)P MK aparatında çalışmış, "Şto delat?" və "Rabotnik radio" jurnallarının redaktoru olmuş, SSRİ Dəniz Donanmasının siyasi şöbəsinin rəisi vəzifəsini icra etmişdir.Советский Нагорный Карабах. — Баку, Изд-во Азернешр. — 1983. — 168 с.

1932-ci ildən Ümumittifaq Köhnə Bolşeviklər Cəmiyyətinin Moskva şöbəsinin üzvü olmuşdur.

95 yaşında Moskvada vəfat etmiş və Kuntsevo qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Ədəbiyyat КНУНЯНЦ-РИЗЕЛЬ Фарандзем Мирзаджановна «Страницы моей жизни»// «Труды Института истории партии при ЦК КП Армении». 1976. № 4. С. 245—260. — Библиография работ Ф. М. Кнунянц-Ризель. Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Marksistlər Kateqoriya:Bakıya sürgün edilənlər