Şahzadə Elizabet və Filip Mauntbettenin (sonradan II Elizabet və Edinburq hersoqu Şahzadə Filipp) toyu, 20 noyabr 1947-ci ildə Londondakı Vestminster Abbatlığında baş tutdu. Gəlin namizədi Britaniya kralı VI Corc və Kraliça Elizabet Bouz-Layonın böyük qızı, eləcə də Britaniya taxt-tacının varisi idi. Bəy namizədi Şahzadə Filipp isə Yunanıstan və Danimarka şahzadəsi olaraq dünyaya gəlməsinə baxmayaraq, toydan 4 ay öncə bütün ünvan və mirasından imtina edərək Britaniya vətəndaşlığına keçmişdi. Toy mərasimi günü səhər saatlarında Edinburq hersoqu, Qrinviç baronu və Merionet qrafı ünvanlarını aldı.
Cütlüyün tanışlığı və nişanı Elizabet və Filipp, Britaniya kraliçası Kraliça Viktoriya və Danimarka kralı IX Kristianın ortaq şəcərəsinə mənsub idi. Belə ki, Şahzadə Elizabet Kraliça Viktoriyanın oğlu VII Eduardın nəticəsi, Şahzadə Filipp isə Kraliça Viktoriyanın qızı Şahzadə Alisin nəticəsidir. Eyni zamanda, Şahzadə Elizabet IX Kristianın qızı Kraliça Aleksandranın nəticəsi, Şahzadə Filipp isə IX Kristianın oğlu I Georqun nəvəsidir. Cütlük ilk dəfə Şahzadə Elizabetin əmisi Kent hersoqu Corcla, Şahzadə Filippin əmisi qızı Şahzadə Marinanın 1934-cü ildə baş tutan toy mərasimi əsnasında tanış oldular. 1939-cu ilin iyulunda baş tutan növbəti görüşün ardından Şahzadə Elizabet, hələ 13 yaşında olmasına baxmayaraq, Filippə aşiq oldu və cütlük bu tarixdən etibarən məktublaşmağa başladılar.
1946-cı ildə Şahzadə Filippin VI Corcdan qızını istəməsinin ardından, cütlük gizlicə nişanlandı. Rəsmi nişan mərasiminin, Şahzadə Elizabetin 21 yaşının tamamlandığı ertəsi ilə təxirə salınması şərtilə, VI Corc bu nişana razılıq verdi. Cütlüyün nişanlandığı 9 iyul 1947-ci ildə ictimaiyyətə elan olundu. Filipp, ortadakı bir dəyərli daşın ətrafına düzülü 10 kiçik brilyantla bəzəli 3 karatlıq bir üzük hədiyyə etdi. Brilyantlar Filippin anası Şahzadə Alisa Battenberqə məxsus bir tacdan alınmışdı.
Cütlüyün toy mərasimi Şahzadə Elizabet və Filip Mauntbetten 20 noyabr 1947-ci ildə Londondakı Vestminster abbatlığında evləndilər. Şahzadə Elizabeti mərasim boyunca 8 nədiməsi müşayiət etdi: Şahzadə Marqaret (gəlinin bacısı), Şahzadə Aleksandra (gəlinin əmisi qızı), Leydi Pamela Mauntbetten (bəyin dayısı qızı), Leydi Marqaret Rods (gəlinin xalası qızı), Leydi Mariya Vitley (gəlinin atasının dayısı nəvəsi), Leydi Karolin Mantakyu-Duqlas-Skot (gəlinin əmisinin qaynı qızı), Leydi Elizabet Lambart (Kavan qrafının qızı), Leydi Diana Bouz-Layon (gəlinin dayısı qızı). Gəlinin 2 azyaşlı əmisi oğlu Şahzadə Maykl və Şahzadə Vilyam onun uzun duvağını daşıdılar. Bəyin sağdıcı isə dayısı oğlu David Mauntbetten oldu.
Britaniyalı stilist Norman Hartnel tərəfindən hazırlanan ulduzvari zambaq və portağal çiçəyi motivləriylə bəzəli bir gəlinlik geyinən Şahzadə Elizabet mərasim üçün makyajını özü etdi. Gəlin çiçəyi kimi mərsin yarpaqlarıyla bəzəli ağ orxideyalardan istifadə edildi. Mərasimdən öncə Filipp Yunanıstan və Danimarka taxt-tacına məxsus ünvanlardan imtina etdi. Eləcə də, Yunan Pravoslav məzhəbindən imtina edərək Anqlikan məzhəbinə keçdi. Anasının ingilis şəcərəsindən gələn ünvanını soyadı kimi qəbul etdi və Leytenant Filip Mauntbetten adını aldı. Toy mərasimi günü səhər saatlarında Edinburq hersoqu, Qrinviç baronu və Merionet qrafı ünvanlarını aldı. Mərasimin ardından taxta çıxacağı 1952-cü ilədək Şahzadə Elizabet də Edinburq hersoginyası ünvanını daşıdı.
Toy günü səhər saatlarında Bukingem sarayında hazırlandığı əsnada Şahzadə Elizabetin taxacağı tac düşərək qırıldı və dərhal bir neçə saat içərisində təmir edildi. Vaxtilə Kraliça Anna və Kraliça Karolinaya məxsus olan bir cüt inci sırğa, atası VI Corc tərəfindən ona hədiyyə edildi.
Monarx ailəsi 3 ayrı alay halında Vestminster abbatlığına gəldi. İlk alay Kraliça Elizabet Bouz-Layon və Şahzadə Marqareti, ikinci alay dul kraliça Mariya Teki, üçüncü alay isə Kral VI Corc və Şahzadə Elizabeti daşıdı. Toy mərasimi kameraya çəkildi və BBC radyosu tərəfindən Britaniya imperiyası və dünya miqyasında 200 milyon nəfərlə paylaşıldı. Mərasimin ardından Bukingem sarayına yollanan cütlük balkondan xalqı salamladı. Dünyanın hər tərəfindən göndərilən 2500 toy hədiyyəsi və 10 minə yaxın təbrik teleqrafı qəbul edildi. Hədiyyələr Sent-Ceyms sarayında xalqa nümayiş etdirildi.
Toy mərasimindəki qonaqlar
Gəlinin ailəsi
VI Corc və Elizabet Bouz-Layon, gəlinin valideynləri Şahzadə Marqaret, gəlinin bacısı Mariya Tek, gəlinin nənəsi Gəlinin bibisi Şahzadə Mariyanın ailəsi Corc Laskelles, gəlinin bibisi oğlu Qerald David Laskelles, gəlinin bibisi oğlu Şahzadə Henri və Şahzadə Alis, gəlinin əmisi və onun arvadı Şahzadə Vilyam, gəlinin əmisi oğlu Şahzadə Riçard, gəlinin əmisi oğlu Şahzadə Marina, gəlinin əmisi arvadı Şahzadə Eduard, gəlinin əmisi oğlu Şahzadə Aleksandra, gəlinin əmisi oğlu Şahzadə Maykl, gəlinin əmisi oğlu Çarlz Karneqi, gəlinin atasının bibisi qızının dul əri Ceyms Karneqi, gəlinin atasının bibisi nəvəsi Şahzadə Helena Viktoriya, gəlinin babasının bibisi qızı Şahzadə Mariya Luiza, gəlinin babasının bibisi qızı Şahzadə Patrisiya Ramsey və əri Aleksandr Ramsey, gəlinin babasının əmisi qızı və onun əri Aleksandr Ramsey, gəlinin babasının əmisi nəvəsi Aleksandr Kembric və Şahzadə Alis, gəlinin atasının dayısı və onun xanımı Leydi Mey Abel Smit və Henri Abel Smit, gəlinin atasının dayısı qızı və onun əri Anna Abel Smit, gəlinin atasının dayısı nəvəsi Elizabet Abel Smit, gəlinin atasının dayısı nəvəsi Georq Kembric, gəlinin atasının dayısı oğlu Leydi Mariya Vitley, gəlinin atasının dayısı nəvəsi Mariya Somerset və əri Henri Somerset, gəlinin atasının dayısı qızı və əri Leydi Helena Gips, gəlinin atasının dayısı qızı Mariya Elfinston və əri Sidney Elfinston, gəlinin xalası və onun əri Con Elfinston, gəlinin xalası oğlu Janna Elfinston, gəlinin xalası qızı Endryu Elfinston, gəlinin xalası oğlu Marqaret Rods, gəlinin xalası qızı Patrik Bouz-Layon, gəlinin dayısı Fenella Hepbörn, gəlinin dayısının xanımı Anna Bouz-Layon, gəlinin dayısı qızı Diana Bouz-Layon, gəlinin dayısı qızı Roza Leveson-Qauer, gəlinin xalası Mariya Leveson-Qauer, gəlinin xalası qızı Qranvil Leveson-Qauer, gəlinin xalası oğlu Maykl Bouz-Layon, gəlinin dayısı David Bouz-Layon, gəlinin dayısı
Bəyin ailəsi Alisa Battenberq, bəyin anası Şahzadə Viktoriya, bəyin nənəsi Luiza Mauntbetten və Şahzadə Qustav Adolf, bəyin xalası və onun əri Nadejda Mauntbetten, bəyin dayısı arvadı Tatyana Mauntbetten, bəyin dayısı qızı David Mauntbetten, bəyin dayısı oğlu Luiz Mauntbetten və Edvina Mauntbetten, bəyin dayısı və onun xanımı Patrisiya Netçbul, bəyin dayısı qızı Leydi Pamela Mauntbetten, bəyin dayısı qızı Şahzadə Aleksandra və əri II Pyotr, bəyin əmisi nəvəsi və onun əri Şahzadə Helen, bəyin əmisi qızı I Mixay, bəyin əmisi nəvəsi Şahzadə Frederika, bəyin əmisi oğlunun xanımı Şahzadə İrina, bəyin əmisi qızı Şahzadə Yekaterina, bəyin əmisi qızı Şahzadə Georq, bəyin əmisi Şahzadə Yevgeniya, bəyin əmisi qızı IX Frederik və xanımı İsveçli İnqrid, bəyin atasının əmi nəvəsi Şahzadə Marqarita, bəyin atasının əmi nəvəsi Şahzadə Georq, bəyin atasının əmi nəticəsi Şahzadə Flemminq, bəyin atasının əmi nəticəsi VII Haakon, atasının əmisi oğlu Şahzadə Marqarita, atasının əmisi qızı Şahzadə Anna, atasının əmisi nəvəsi Şahzadə Mişel, atasının əmisi nəvəsi Aleksandr Mauntbetten, bəyin nənəsinin xalası oğlu Batterberqli Viktoriya Yevgeniya, İspaniya kraliçası İnfant Xuan Şahzadə Jan Şahzadə Yelizaveta
Mənbə
Bond, Jennie (2006). Elizabeth: Eighty Glorious Years. London: Carlton Publishing Group. Bradford, Sarah (1989). King George VI. London: Weidenfeld & Nicolson. Brandreth, Gyles (2004). Philip and Elizabeth: Portrait of a Marriage. London: Century.
Heald, Tim (2007). Princess Margaret: A Life Unravelled. London: Weidenfeld & Nicolson. Hoey, Brian (2002). Her Majesty: Fifty Regal Years. London: HarperCollins. Lacey, Robert (2002). Royal: Her Majesty Queen Elizabeth II. London: Little, Brown. Petropoulos, Jonathan (2006). Royals and the Reich: the princes von Hessen in Nazi Germany. New York: Oxford University Press. Pimlott, Ben (2001). The Queen: Elizabeth II and the Monarchy. London: HarperCollins. Kateqoriya:II Elizabet