Əbu Abdullah Məhəmməd ibn əl-Mütəvəkkil əl-Lului əl-Bəsri (; ) — Yaqub əl-Hədrəminin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "يس" hərfləridir.

Bioqrafiyası Haqqında məlumat olduqca azdır. Ruveys onun ləqəbidir.

O, Yaqub əl-Hədrəmidən qiraət öyrənmiş və hicri 238-ci (852) ildə Bəsrədə vəfat etmişdir.

Əbu Hətim əs-Sicistaninin bildirdiyinə görə, Ruveys Yaqubun qarşısında Quranı dəfələrlə xətm etmiş və Yaqub onu dəfələrlə tərifləmişdir.

Həmçinin bax Rəvh

İstinadlar