2025-ci ildə Azərbaycan mədəniyyəti — Azərbaycan mədəniyyətində 2025-ci ildə baş verən vacib mədəniyyət hadisələrini əhatə edir.

İl boyunca 300px|thumb|right|2025 MDB Oyunları açılış mərasimi 300px|thumb|right|Daşkənddə Gələcəyin İrsi Beynəlxalq Mükafatının Alim Qasımova təqdim edilməsi 2025-ci ildə Laçın həmin il üçün MDB-nin Mədəniyyət Paytaxtı olmuşdur.

İyul 12 iyulda Suriya Prezidenti Əhməd əş-Şaraa Bakıya səfər etmişdir. Azərbaycan şairi İmadəddin Nəsiminin Hələbdəki məzarının bərpa edilməsi iki ölkə arasındakı danışıqlarda qərarlaşdırılmışdır.

Sentyabr 11 sentyabr tarixində Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanmışdır. Memoranduma Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılması daxildir. 28 sentyabr—8 oktyabr tarixlərində 2025 MDB Oyunları Gəncə, Xankəndi və digər Azərbaycan şəhərlərində keçirilmişdir.

Oktyabr 13 oktyabrda Qarabağ Universitetində "Mənəvi Dəyərlər Həftəsi" çərçivəsində Qarabağ zəfərinə həsr edilmiş tədbir keçirilmişdir. 21 oktyabrda Azərbaycanın Qazax şəhəri ilə Qazaxıstanın Taraz şəhəri qardaşlaşmış şəhərlər olmuşdur. 22 oktyabrda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul edilmişdir. 28 oktyabrda Horovlu və Məmmədbəyli azərbaycanlıları Şərqi Zəngəzura qayıtmışdır. Horovluda evlərin üzərinə Qarabağ xalçalarının ornamentləri həkk edilmiş, kənddəki "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilmişdir.

Noyabr 5 noyabrda Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Zəfər günü Tiflisdə, Qardabanidə, Marneulidə qeyd edilmişdir. 2025-ci ildə Qarsda Azərbaycan şəhidlərinin xatirəsinə 44 ağac əkilmişdir. Zəfərin beş illiyi münasibətilə Naxçıvan, Laçın, Xankəndi və Şuşada zəfər yürüşləri təşkil edilmişdir. 8 noyabrda Bakıdakı Zəfər Muzeyinin açılışı olmuşdur. 13 noyabrda Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilməsi qərarlaşdırılmışdır. 13 noyabrda İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) Bakı ofisinin açılışı olmuşdur. 15 noyabrda Alim Qasımov Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatı ilə təltif edilmişdir. 20 noyabrda Beynəlxalq Muğam Mərkəzində Əli Kərimovun 150 illiyi qeyd olunmuş, bu münasibətlə konsert proqramı keçirilmişdir. 25 noyabrda ilk dəfə olaraq, Kəlbəcər Şəhəri Günü təntənəli olaraq Kəlbəcərdə qeyd edilmişdir.

Dekabr 5–11 dekabr tarixlərində Azərbaycanda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" keçirilmişdir. 4 dekabrda Məhsəti Gəncəvi ilə bağlı eyniadlı filmin "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsində keçiriləcək Bakı Film Festivalında nümayiş edilməsi qadağan edilmişdir. Səbəb olaraq, filmin erotik məzmunu, Məhsəti Gəncəvinin filmdəki təsviri göstərilmişdir. 9 dekabrda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsində İslam xəttatlıq sənəti sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İran, Əlcəzair, Misir və Suriyadan olan sənət ustalarının əl işləri nümayiş etdirilmişdir. 300px|thumb|right|ABŞ Prezidenti Donald Trampın Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələrimiz və istəklərimiz" əsərinin miniatür variantı olan FIFA Sülh mükafatı ilə təltif edilməsi 8 dekabrda ABŞ Prezidenti Donald Trampa FIFA Sülh mükafatı hədiyyə edilmişdir. Bu sülh mükafatı Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin miniatür variantıdır. 9 dekabrda Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr edilən "Azərbaycanın ictimai-siyasi və elmi-mədəni gerçəkliyində Bakıxanovlar sülaləsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 11 dekabrda AMEA Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildə gördüyü arxeoloji işlərlə bağlı hesabatı açıqlanmışdır. 11 dekabrda Qərbi Azərbaycan İcması ilə İrəvan qazılığı arasında görüş keçirilmişdir. Burada dini-mənəvi irsin araşdırılması, bu istiqamətdə sistemli əməkdaşlığın genişləndirilməsi və beynəlxalq platformalarda nəticələrin təqdimatı mövzusunda İrəvan qazısı ilə fikir mübadiləsi aparılmışdır. Razılığa gəlinmişdir ki, dini irsin araşdırılması, faktların toplanması və ictimai məlumatlandırma koordinasiyalı şəkildə həyata keçirilsin. 13 dekabrda AMEA Folklor İnstitutunun 2025-ci il hesabatı açıqlanmış, "Azsaylı xalqların folkloru" seriyasından VII cildin və "Qərbi Azərbaycan folkloru" seriyasının V cildinin çapa hazır olduğu bəyan edilmişdir. "Azsaylı xalqların folkloru" seriyasından VII cild Ağsu, Ağdaş, Bərdə və Yevlax rayonlarında yaşayan domların folkloruna həsr edilmiş, ilk dəfə olaraq onların etnik-mədəni irsi araşdırılmışdır. Kitabda domların köçəri həyatı, oturaqlaşması, idarəçilik quruluşu, dilləri və qədim qaraçı dilindəki 200-dən çox söz və ifadə qeyd edilmişdir. 19 dekabrda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü bayramları ərəfəsində Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov və nümayəndə heyəti Ağdam rayonunun Xıdırlı kəndində, Ayköl Manas adına tam orta məktəbdə olmuşdur. Onlar məktəbə Manas haqqında Azərbaycan dilində kitablar vermiş, kənd sakinlərinə isə Manasın doğulduğu Talas əyalətində yetişdirilən lobyaları simvolik hədiyyə olaraq təqdim etmişdilər. 22 dekabrda Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir.

Həmçinin bax 2025-ci ildə Azərbaycan Azərbaycan 2025 Avroviziya Mahnı Müsabiqəsində

İstinadlar

Kateqoriya:2025-ci ildə Azərbaycan Kateqoriya:İllərə görə Azərbaycan mədəniyyəti tarixi Kateqoriya:2025-ci ildə mədəniyyət