Benqal ev pişiyi — ev pişiyi (Felis catus) və benqal pişiyinin (Prionailurus bengalensis) cinslərarası hibrid növü.
Taksonomiya 1986-cı ildə "The International Cat Association" (TICA) tərəfindən "yeni növ" kimi qəbul edilən Benqal ev pişikləri, 1991-ci ildə "TICA" çempionat statusu qazandı. "Governing Council of the Cat Fancy" (GCCF) 1997-ci ildə Benqal ev pişiklərini qəbul etdi. "Fédération Internationale Féline" (FIFe) 1999-cu ildə bu növü qeydiyyatına daxil etdi. Həmçinin 1999-cu ildə Benqal ev pişikləri "Avstraliya Pişik Federasiyası" (ACF) tərəfindən tanındı. "Cat Fanciers' Association" (CFA) 2016-cı ildə Benqal ev pişiklərini "Müxtəlif" kateqoriyasına daxil etdi, lakin bu pişiklərin Asiya leopar pişiyindən və ya Benqal olmayan ev pişiklərindən ən azı 6 nəsil uzaq olması şərti var idi. 250px|thumb|left|TICA şousunda nümayiş olunan qara mərmər Benqal ev pişiyi (2013) Benqal ev pişiklərinin ilk üç nəsli (F1, G2 və G3) "əsas" və ya "erkən nəsil" Benqallar hesab olunur. Erkən nəsil erkək Benqallar çox məhsuldar deyil. Buna görə də erkən nəsil dişi Benqallar daha sonrakı nəsillərdən olan məhsuldar erkək Benqallarla cütləşdirilir.
1992-ci ildə "TICA"-da 125 qeydiyyatdan keçmiş Benqal yetişdiricisi var idi. 2000-ci illərdə Benqal ev pişikləri çox məşhur bir növə çevrildi. 2019-cu ildə "TICA"-da dünya üzrə təxminən 2,500 Benqal yetişdiricisi qeydiyyatdan keçmişdi.
Çəki: 3.6-7.7 kq İşarələr: Benqal ev pişikləri xallı, rozetli, ox başlı işarələr və ya mərmər naxışlı xəzə malik ola bilər. Rənglər: Benqal ev pişikləri müxtəlif xəz rənglərində olur. "TICA" tərəfindən tanınan Benqal rənglərinə qəhvəyi xallı, "seal lynx point" (qar), "sepia", gümüşü və "mink" xallı təbii naxışlı daxildir.
Birləşmiş Krallıqda aparılan bir araşdırmaya görə, Benqal ev pişiklərinin orta ömrü 8.51 il, ümumi pişiklərin orta ömrü isə 11.74 ildir. Orta ömür azlığına baxmayaraq, 16 ilə kimi ömür sürə bilirlər.
Benqal ev pişikləri tez-tez allergiyaya səbəb olmayan bir növ kimi təqdim olunur, lakin bu iddia elmi olaraq sübuta yetirilməyib. Benqal ev pişikləri orta səviyyədə tük tökür və az qulluq tələb edir.
İstinadlar
Xarici keçidlər
10 самых дорогих кошек. Бенгальская кошка. Версия журнала Forbes.
Kateqoriya:Benqal pişiyi Kateqoriya:Pişik cinsləri Kateqoriya:Məməli hibridləri