Təfsir əl-Quşeyri () və ya Lətaifül-işarət () — Quşeyrinin Quran təfsiri.

Əsər Quşeyrinin bildirdiyinə görə "Lətaifül-işarət"i hicri 434-cü (1042–43) ildə yazmağa başlamışdır. Quşeyri bu təfsiri qələmə alarkən Məhəmməd ibn Hüseyn əs-Süləminin "Həqaiqut-təfsir" adlı əsərini əsas götürmüşdür. Təfsirə nəzər yetirərkən Quşeyrinin müəlliminin təsirinə düşdüyü aydın müşahidə edilir. Lakin bu əsər əs-Süləminin təfsirindən daha nizamlı və əhatəlidir.

Təfsirin bütünündə "fənafillah" (nəfsi istəkləri tərk edib Allaha yönəlmək) düşüncəsi üstünlük təşkil edir. Quşeyri ayələrin mənalarını xülasə edərək təqdim etdikdən sonra müxtəlif yozumlar üzərində durmuş və ayələrin oxunuşundakı qiraət fərqliliklərinə də toxunmuşdur. Qureyşi təfsirdə ayələrin zahiri mənasını açıqladıqdan sonra ayədəki işari mənanı da qeyd etməyə çalışmışdır. Həmçinin təfsirdə tətbiqi təvillər də çoxluq təşkil edir.

Əsər işari təfsir yazan müəlliflərə mənbə rolunu oynamış və İbrahim əl-Bəsyuni tərəfindən Qahirədə nəşr edilmişdir (I–IV, 1967–1970).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar