Li Smolin (; ) – amerikalı nəzəri fizik. Perimetr Nəzəriyyəçi Fizika İnstitutunun elmi heyətinin üzvü, Vaterloo Universitetinin fizika üzrə adyunkt professoru və Toronto Universitetinin fəlsəfə fakültəsinin aspirantura heyətinin üzvüdür. Smolin 2006-cı ildə nəşr olunan "Fizika ilə bağlı problem" kitabında sim nəzəriyyəsinin həyat qabiliyyətini tənqid etmişdir. O, kvant qravitasiyası nəzəriyyəsinə, xüsusən də ilgək kvant qravitasiyası kimi tanınan yanaşmaya mühüm töhfələr vermişdir.

Smolin kvant qravitasiyasına olan iki əsas yanaşmanın — ilgək kvant qravitasiyası və simlər nəzəriyyəsinin eyni təməl nəzəriyyənin müxtəlif aspektləri kimi uzlaşdırıla biləcəyini müdafiə edir. O, həmçinin zaman və məkan haqqında "temporal naturalizm" adlandırdığı alternativ baxışı təbliğ edir. Onun elmi maraq dairəsinə kosmologiya, elementar hissəciklər nəzəriyyəsi, kvant mexanikasının əsasları və nəzəri biologiya da daxildir.Smolin's faculty page , Perimeter Institute.

Erkən həyatı və təhsili

Smolin Nyu-York şəhərində ətraf mühit və proses mühəndisi Maykl Smolin və dramaturq Paulina Smolinin ailəsində anadan olmuşdur. Smolin valideynlərinin erməni mistiki Georgi Qurciyev tərəfindən əsası qoyulmuş "Dördüncü yol" təliminin yəhudi ardıcılları olduğunu bildirmişdir. Smolin özünü yəhudi kimi təqdim edir. Onun qardaşı Devid M. Smolin Alabama ştatının Birminqem şəhərindəki Kamberlend Hüquq Məktəbinin professorudur.

Smolin Ohayo ştatının Sinsinnati şəhərindəki Volnat Hills orta məktəbindən xaric edilmişdir. Onun fizikaya marağı həmin dövrdə Eynşteynin ölərkən yarımçıq qoyduğu iki vəzifə haqqında düşüncələrini oxuduqdan sonra başlamışdır: 1) kvant mexanikasını mənalandırmaq və 2) kvantlar haqqındakı bu anlayışı qravitasiya ilə birləşdirmək. Smolin bu vəzifələri tamamlamağa çalışmağı özünə "missiya" seçmişdir.

Bundan qısa müddət sonra o, Sinsinnati Universitetinin fizika kitabxanasında Lui de Broylun fransız dilində yazılmış "pilot dalğa nəzəriyyəsi" ilə rastlaşır. "Mən hələ də gözlərimi yumanda," — Smolin "Eynşteynin bitməmiş inqilabı" (Einstein's Unfinished Revolution) kitabında yazır, — "kitabın dalğa uzunluğu ilə impulsu əlaqələndirən tənliyinin əks olunduğu səhifəsini görürəm". Tezliklə o, Hempsir Kollecinə daxil olmağı bacarır, orada böyük müəllimlər tapır və aspirantura müraciətlərində bəxti gətirir. Eynşteynin iki böyük sualını həll etmək missiyasına gəlincə, Smolinin öz dediyinə görə, o, buna nail ola bilməmişdir: "Çox təəssüf ki, bunu hələ heç kim bacarmayıb".

İstinadlar

Xarici keçidlər

A partial list of Smolin's published work A debate of the merits of string theory between Smolin and Brian Greene, from National Public Radio (2006) "The Unique Universe ": Smolin explains his skepticism re the multiverse (2009) Closer to the Truth: Series of interviews by Smolin on fundamental issues in physics : Smolin's presentation at the Royal Society of Arts (2013)

Kateqoriya:6 iyunda doğulanlar Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Kanada Kral Cəmiyyətinin üzvləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ ateistləri