Danışan baraban — Afrika mənşəli zərb musiqi aləti. O, ritm və tonallıq vasitəsilə (müxtəlif səslər) uzun məsafələrə məlumat ötürmək üçün istifadə edilən Afrika təbilidir. Korpus qum saatı formasındadır. Hər ucuna iplərlə dartılmış membran bərkidilir. Çalğı zamanı təbil qoltuğun altında tutulur və iplər ortasına əllə vurulur və basılır ki, bu da membranın gərginliyini və səsin tonunu dəyişir.
Adətən iki təbildən istifadə olunur, yüksək səsli dundun və aşağı səsli gungan. Nigeriyada bu təbillərdən beş dəst istifadə olunur.
XVIII əsrdə danışan barabançılar mərasimlər və əmrlər kimi xəbərləri 4-5 mil məsafəyə yaymaq üçün bu musiqi alətindən istifadə edirdilər.
Bacarıqlı ifaçı bütöv ifadələri ifa edə bilir. Əksər danışan barabanlar, çalınma tərzindən asılı olaraq, insanın zümzümə etdiyi kimi səslənir.
Oxşar qum saatı formalı barabanlara Asiyada da rast gəlinir. Lakin onlar səsi təqlid etmək üçün istifadə edilmir, baxmayaraq ki, idakka vokal musiqisini təqlid etmək üçün istifadə olunur.
Danışan barabanların beş növündən təzyiqli barabanları və Asanti (Ashanti) xalqının atumpan və fontomfrom barabanları xüsusilə diqqətəlayiqdir. Onlar 32 km-ə qədər xəbər göndərə bilir və digər barabançılar bu xəbəri tez bir zamanda ətrafa yayırlar.
İstinadlar
Ədəbiyyat Gravrand, Henry, "La civilisation seereer – Pangool, vol. 2, Les Nouvelles Editions Africaines du Senegal, 1990, pp. 40, 48–49, . Gravrand, Henry, "L'Heritage spirituel Sereer: Valeur traditionelle d'hier, d'aujourd'hui et de demain", in Ethiopiques, numéro 31, révue socialiste de culture négro-Africaine, 3e trimestre 1982 (retrieved 7 May 2012) Joof, Alhaji Alieu Ebrima Cham, "Senegambia, the land of our heritage" (1995) Sarr, Alioune, "Histoire du Sine-Saloum" (Sénégal), Introduction, bibliographie et notes par Charles Becker, Bulletin de l'Institut fondamental d'Afrique noire, Tome 46, Serie B, n° 3–4, 1986–1987, p. 42. "Drum Telegraphy". TIME, 21 September 1942. Online version accessed 7 November 2006.
Xarici keçidlər
Video of Senegalese talking drum, known as a Tama -"Male' and the talking drum from africa" (in) Youtube
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Kütləvi informasiya vasitələri