Cahan Ünal (; ) — Türkiyə aktyoru.

Həyatı Cihan Ünal ibtidai təhsilini Tosya və Qırıqqalədə başa vurmuşdur. Daha sonra Ankarada Cəbəci Orta Məktəbində və Kurtuluş Liseyində təhsilini davam etdirmişdir. 1960–1964-cü illərdə Ankara Radiosunun Uşaq Proqramları, Ankara Radiosu Təhsil Proqramları, Radio Teatrı və Arkası Yarın verilişlərində fəaliyyət göstərmişdir.

Həmin illərdə uşaq teatrında və özəl teatrlarda həvəskar aktyor kimi çıxış etmişdir. 1962-ci ildə Ankara Xalq Evində teatr kurslarına qatılmış, daha sonra eyni qurumda səhnə fəaliyyətinə başlamışdır. Nüzhet Şenbay, Nurəddin Sevin, Suad Daşər, Haldun Marlalı və Mahir Canovadan aktyorluq təhsili almışdır. Suad Daşərin rejissorluğu ilə səhnələşdirilən "Öteye Doğru" tamaşasında rol almışdır. 1963–1964-cü illərdə Ankara Dövlət Teatrının tamaşalarında kiçik rollarda çıxış etmişdir. 1964-cü ildə Ankara Dövlət Konservatoriyasına daxil olmuşdur.

1969-cu ildə Konservatoriyanın Teatr Bölməsini bitirmiş və həmin il Ankara Dövlət Teatrında aktyor kimi çalışmağa başlamışdır. İlk kino rolu 1971-ci ildə "Damdakı Kemancı" filmində olmuşdur. Onun ikinci tammetrajlı filmi türk qorxu kinosunun ilk klassiklərindən sayılan "Şeytan" olmuşdur. 1971–1973-cü illərdə Ankara Dövlət Konservatoriyasında aktyorluq bölməsində Cüneyt Gökçerin assistenti kimi fəaliyyət göstərmişdir. 1973–1982-ci illərdə eyni təhsil müəssisəsində müəllim kimi diksiya, mimika, rol və səhnə dərsləri tədris etmişdir.

1982-ci ildə Britaniya Şurasının təqaüdü ilə Londona getmişdir. Burada Kral Milli Teatrı və Kral Şekspir Şirkətində müxtəlif məşqlərdə iştirak edərək təhsilini davam etdirmişdir. Həmçinin, Londonda Kral Dramatik İncəsənət Akademiyasında iki ay müddətində müəllimlərlə birlikdə qonaq müəllim kimi çalışmışdır. Daha sonra 1983-cü ilədək Ankara Dövlət Teatrında fəaliyyətini davam etdirmişdir. 1987–2000-ci illərdə Mimar Sinan Universiteti Dövlət Konservatoriyasının Teatr Bölməsində rol, diksiya, mimika və səhnə dərsləri verərək müəllim kimi fəaliyyət göstərmişdir.

1992-ci ildə Britaniya Şurası və Kral Şekspir Şirkətinin qonağı qismində Stratfordda keçirilən seminarlarda iştirak etmişdir. 1997-ci ildə özəl diksiya və aparıcılıq kursunda dərs demişdir. 1999-cu ildə Yeditepe Universitetində aktyorluq və diksiya dərsləri tədris etmişdir. 2000-ci ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasında diksiya, mimika, rol və səhnə dərsləri verməyə başlamış, 2001-ci ildə isə həmin müəssisənin Teatr Bölməsinin müdiri olmuşdur.

Teatr Dövlət teatrı

King Lear : Vilyam Şekspir - Ankara Dövlət Teatrı - 1980 Bağdat Hatun : Güngör Dilmen - Ankara Dövlət Teatrı - 1980 The Liberated Don Quixote : Anatoli Lunaçarski - Ankara Dövlət Teatrı - 1978 Harold and Maude : Kolin Higins - Ankara Dövlət Teatrı - 1977 The Good Doctor : Nil Saymon\Anton Çexov - Ankara Dövlət Teatrı - 1976 Yunus Emre : Rəcəb Bilginer - Ankara Dövlət Teatrı - 1974 Bu Hesapta Yoktu : Nikolay Ostrovski - Ankara Dövlət Teatrı - 1973 The Imaginary Invalid : Molyer - Ankara Dövlət Teatrı - 1972 Fatih : Turan Oflazoğlu - Ankara Dövlət Teatrı - 1972 I, Don Quixote : Dale Vasserman - Ankara Dövlət Teatrı - 1971 Becket : Jan Anuil - Ankara Dövlət Teatrı - 1971 Romeo and Juliet : Vilyam Şekspir - Ankara State Theatre - 1971 Murat IV : Turan Oflazoğlu - Ankara Dövlət Teatrı - 1970 Andromaque : Jan Rasin - Ankara Dövlət Teatrı - 1968 Le verre d'eau ou Les Effets et les Causes : Yucin Skrayb - Ankara Dövlət Teatrı - 1967 A Dream Play : Ogüst Strindberq - Ankara Dövlət Teatrı - 1964 Peter Pan : Ceyms Metyu Berri - Ankara Dövlət Teatrı - 1964 Julius Caesar : Vilyam Şekspir - Ankara Dövlət Teatrı - 1963

Musiqili teatr My Fair Lady : Elen Cey Lerner - Ankara Dövlət Teatrı - 1976 Fiddler on the Roof : Şolem Aleyxem - Ankara Dövlət Teatrı - 1969

Egemen Bostancı teatrı Yedi Kocalı Hürmüz : Sadiq Şəndil - Egemen Bostancı teartı - 1979

İstanbul Şəhər Teatrı Uncle Vanya : Anton Çexov - İstanbul Şəhər Teatrı - 1994 Evita : Endryu Lloyd Vebber\Tim Rays - İstanbul Şəhər Teatrı - 1989

Dormen teatrı Good Morning Mr. Weill : Haldun Dormen - 1991

İstanbul Dövlət Opera və Balet The Merry Widow

Tiyatro İstanbul Çetin Ceviz Aktör Kean - 1996 Yeni Baştan Sanat-(Art) Bu Adreste Bulunamadı Dönme Dolap Altı Haftada Altı Dans Dersi

Rejissor Six Dance Lessons in Six Weeks : Riçard Alfyeri - Tiyatro İstanbul - 2008 Sihirli Kelimeler : Karl Hers Giz - Ankara Dövlət Teatrı - 1975

Filmoqrafiya

Damdaki Kemancı - 1971 Şeytan - 1974 Yargıç ve Celladı - 1975 Die Rose und die Nachtigall (Gül ve Bülbül) - 1977 Murat IV -1980 Kuruluş - Osmancık -1987 Herhangi Bir Kadın Seni Kalbime Gömdüm Mine Seni Seviyorum Bir Kadın Bir Hayat İhtiras Fırtınası Bir Sevgi İstiyorum Körebe O Kadın Gazap Rüzgarları Kalbimdeki Düşman Gece Dansı Tutsakları Kadın İsterse Muhteşem Yüzyıl: Kösem : Quyucu Murad Paşa - 2016 Söz : Büyük Bey - 2017 Kafalar Karışık : Ünal - 2018 Yalnız Kurt : Davut Bahadır (Kumandan) - 2022 Kuruluş: Orhan : Osman I - 2025 (present)

İstinadlar

Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları