Əbu Yaqub Fərqəd ibn Yaqub əs-Səbəxi əl-Bəsri əl-Ərməni (; ) — erməni əsilli sufi.

Həyatı Mənbələrdə onun həyatı haqqındakı məlumatlar olduqca azdır. O, Bəsrədə əs-Səbəx bölgəsində yaşamış və hicri 131-ci ildə orada da vəfat etmişdir. Müəllimləri və hədis rəvayət etdiyi şəxslər arasında İbrahim ən-Nəxai, Həsən əl-Bəsri, Qətadə, Səid ibn Cübeyr və başqaları vardır. Ondan isə Müğirə ibn Müslüm, Həmmad ibn Zeyd, Həmməd ibn Sələmə və başqaları hədis rəvayət etmişdir. Fərqəd ümumilikdə hədis tənqidçiləri tərəfindən "zəif" adlandırılmışdır. Onun sufi silsiləsi Həsən əl-Bəsri, Ənəs ibn Malik vasitəsilə Əliyə gedib çatır.

İstinadlar

Kateqoriya:Sufilər Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Tabiinlər