– Tatsuki Fucimoto tərəfindən yaradılmış "Chainsaw Man" manqa seriyasının personajı. O, hekayənin İctimai Təhlükəsizlik arkı adlı ilk hissəsinin əsas antaqonistidir. Makima hökumətin dəstəyi ilə fəaliyyət göstərən İctimai Təhlükəsiz Bürosunun 4-cü Bölməsinin lideridir və Dencini himayəsinə götürən şəxsdir. O, hadisələri səhnə arxasından manipulyasiya edir və əsl niyyətini gizlədir. Hekayənin sonlarına doğru onun Kontrol iblisi olduğu üzə çıxır.

Personaj anime adaptasiyasında Tomori Kusunoki tərəfindən səsləndirilmişdir. Personaj eniqmatik təbiəti və yumşaq qadınlığı özündə əks etdirən qorxu elementlərinə görə tənqidçilər tərəfindən bəyənilmişdir. Makima seriyanın ən məşhur və ikonik personajlarından birinə çevrilmişdir.

Yaradılma thumb|left|150px|Makimanın və Aki Hayakavanın konsept dizaynları. Seriyanın yaradıcısı Tatsuki Fucimotoya görə Makima "Chainsaw Man" manqasında "həm daxildən, həm xaricdən" "hakimiyyəti" təmsil edən fiqur kimi fikirləşdiyi ilk personaj idi. O, Makimanı yaradarkən "Eksentrik ailə" romanındakı Benten personajından ilhamlanmış, onun "kədərini" gizlədən, insanlardan üstün olan, "anlaşılmaz varlıq" təbiətini nümunə kimi götürmüşdür. Personajın adı seriyanın adı və mövzusuna uyğun seçilmişdir. Belə ki, "ki" yaponca "kəsməyi" bildirir və mişar mövzusunu bildirir. Personajın adından "ki"ni çıxardıqda yerdə qalan "mama" sözü isə onun Denci ilə olan münasibətlərini əks etdirir. Makima ilə Denci arasındakı final döyüşü "Kizumonogatari" romanında Koyomi Araraqi ilə Şinobu Oşino arasındakı döyüşə əsaslanmışdır.

Anime adaptasiyasında Makimanı Tomori Kusunoki səsləndirmişdir. Kusunoki rola seçilməzdən öncə Makimanın böyük fanatı idi. Hətta dinləmələr zamanı Makimanın fotosuna və səcdəgahına dua etmişdir. Kusunoki "heç vaxt tələsməyən" və "hər şeyə yer ayıran" yetkin personaj olduğu üçün Makimaya heyranlıq duyduğunu bildirmişdir.

Hekayə Makima Kontrol iblisidir və bəşəriyyətin kontrol qorxusundan doğulmuşdur. O, sarı gözlərə və uzun qırmızı saça malik gənc qadın görünüşündədir, bu səbəbdən onun iblis olduğu anlaşılmır. O, özünü iblis kimi yox, iblislə müqavilə bağlamış insan kimi göstərir. Makima hökumətin dəstəyi ilə fəaliyyət göstərən və iblisləri ovlayan İctimai Təhlükəsizlik Bürosunun iblis ovçusu liderlərindən biridir. O, əsl məqsədini gizlədərək hadisələri manipulyasiya edir. Onun əsl məqsədi bütün dünyanı kontrol etmək və xəstəlik hesab etdiyi konsepsiyaları silərək mükəmməl dünya yaratmaqdır. Makima seriya boyunca müxtəlif güclərdən istifadə edir: telekinetik ritualda əl jesti ilə hədəflərin başını əzir, siçanlardan istifadə edərək kəşfiyyat aparır və ən əsası, zehni kontrol edə bilir. Makimanın hökumətlə gizli müqaviləsi olduğu üçün demək olar ki, ölümsüzdür. Belə ki, Makima nə vaxt ölsə, onun yerinə Yaponiyadakı başqa biri ölür.

thumb|150px|Makima kospleyi. Makima hekayədə Denci ilə qarşılaşan ilk personajlardan biridir. O, Dencinin təşkilatına qoşulması qarşılığında onu yemək və sığınacaqla təmin edir, əvəzində isə ona it kimi davranır. Makimanın əsl məqsədi Dencini kontrol etmək və Mişar iblisinin gücündən istifadə etməkdir. Makima özünü Dencinin mentoru kimi aparır, onu romantik və cinsi münasibətlərə çəkir, Dencini iblis ovçusuna çevrir. O, iblis ovçusu Aki Hayakava və ifrit Paver ilə yaşamasını təmin edir. Makima sonda Kontrol iblisi kimliyini üzə çıxarır və Dencinin əsas düşməninə çevrilir. Mişar iblisinin əsl gücünü ortaya çıxarmaq üçün Denci üçün dəyərli olan şəxsləri öldürür və Dencini ümidsizliyə sürükləyir. Makimanın bütün cəhdlərinə baxmayaraq, Denci Makimanı məğlub edə bilir və onu öldürmək üçün bişirib yeyir. Makimanın ölümündən sonra Kontrol iblisi kimi yenidən doğulur və Denci Nayutanın himayədarı olur. Daha sonrakı fəsillərdə Kontrol iblisinin Məhşərin dörd atlısından biri (digərləri Müharibə, Aclıq və Ölüm) olduğu məlum olur.

Qəbul Makima "Chainsaw Man" animesi və manqanı qiymətləndirən tənqidçilər tərəfindən bəyənilən personajlardan birinə çevrilmişdir. Luis Kemner personaj haqqında danışarkən "o, bədheybət ola bilər, lakin fanatlar onu sevirlər" sözlərini işlətmişdir. O, Makima ilə Denci arasındakı münasibətləri "Jujutsu Kaisen" manqa seriyasında Satoru Qoco ilə Yuci İtadori, eləcə də, "Naruto" manqa seriyasında Cirayya ilə Naruto Uzumaki arasındakı münasibətlərlə müqayisə etmişdir. Rafael Motomayor personajı "şoudakl ən yaxşı personajlardan biri" adlandırmışdır. Kestrel Svift personajın güclərini "Death Note" manqasındakı ölüm dəftəri ilə müqayisə etmişdir.

Manqanın populyarlıq anketində Makima Paverdən sonra ikinci yeri tutmuşdur. Digər bir anketdə isə ikinci yeri tutmuş, sadəcə Aki Hayakavadan geri qalmışdır. "Death Battle" veb-serialının bir bölümündə Makima ilə Satoru Qoco arasındakı döyüş səhnəsi yer almışdır.

İstinadlar

Kateqoriya:Chainsaw Man personajları Kateqoriya:Tez sağala bilən anime və manqa personajları Kateqoriya:Qadın anime və manqa personajları Kateqoriya:Qadın supercinayətkarlar Kateqoriya:Zehin və ya bədən kontrolu gücünə malik personajlar Kateqoriya:Ölüm və yenidən doğulma güclərinə malik personajlar Kateqoriya:Uydurma iblis ovçuları Kateqoriya:Uydurma dövlət agentləri Kateqoriya:2018-ci ildə tanıdılan anime və manqa personajları Kateqoriya:Uydurma humanoidlər Kateqoriya:İblislərlə müqavilə bağlamış personajlar Kateqoriya:Superinsan gücünə malik personajlar