I Filip () və ya Ərəb Filip (; ) — ərəb əsilli Roma imperatoru. Onun hakimiyyəti "Üçüncü əsr böhranı" dövrünə təsadüf edir. Bu dövr barbarlara basqınlar və daxili iğtişaşlarla yadda qalıb.
Bioqrafiyası Şəhbədə (indiki Suriya) dünyaya gəlib. O, ərəb əsilli zadəgan ailəsinə mənsubdur. İmperator olmazdan əvvəl pretorian prefekti olub. III Qordianın ölümündən sonra 244-cü ildə imperator olub. İmperator olduqda Sasanilərlə sülh imzaladı və Dunay sahilindəki qotlarla hərbi kampaniyalar apardı. 248-ci ildə Roma şəhərinin 1000 illiyinin ildönümünü qeyd etmək üçün Romaya qayıtdı və bu ildönümünü təntənəli şəkildə qeyd eydi. 248-ci ildə qotlara qarşı Filip tərəfindən göndərilən general Desi ordu içində populyarlaşdı və legionerlər onu imperator elan etdilər. 249-cu ildə Filip və Desi qoşunları Verona yaxınlığında döyüşdü. Bu döyüşdə Filip məğlub oldu və öldü.
İstinadlar
Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Roma imperatorları