İsmət Bağırpur Babüli () — daha çox Dilkəş kimi tanınan və özünəməxsus səsi olan İranlı diva musiqiçi və aktrisa.

Bioqrafiya İranın Babül şəhərində anadan olan Dilkəş doqquz başqa övladı olan pambıq tacirinin qızı idi. O, təhsil almaq üçün Tehrana gəlmiş, lakin tezliklə musiqi istedadı kəşf olunaraq dövrün aparıcı musiqi ustadları Ruhullah Xaliqi və Əbdüləli Vəziri ilə tanış edilmişdi. Ona "Dilkəş" adını məhz bu müddətdə Xaliqi vermişdir.

Dilkəş 1943-cü ildə ictimai çıxışlar etməyə başlamış və proqramın yaradılmasından cəmi beş il sonra, 1945-ci ildə "Radio İran"da işə götürülmüşdür. Orada o, bəstəkar Mehdi Xalidi ilə 1952-ci ilədək, yeddi il ərzində çalışmışdır. Onun ən yaxşı mahnılarının sözləri 1954–1969-cu illərdə iranlı şair Rəhim Moeyni Kirmanşahi tərəfindən yazılmış, musiqisi isə iranlı bəstəkar Əli Təcvidi tərəfindən bəstələnmişdir. Fars dilindən başqa, Dilkəş doğma mazandaran dilində də, məsələn, “Kija” və “Banu” kimi bir neçə mahnı ifa etmişdir.

O, həmçinin Nilufər (farsca: نیلوفر) təxəllüsü ilə mahnı müəllifi kimi fəaliyyət göstərmiş və Şərmsar, Madər, Fərda Rövşən Əst, və Əfsungər kimi bir neçə İran filmində rol almışdır. O, müğənni və elektrik gitara ifaçısı, “Cazın sultanı” kimi tanınan Vigen Derderyan ilə də işləmişdir. Delkaş 2004-cü ilin sentyabrında, 79 yaşında, Tehranda vəfat etmiş və Kərəc şəhərində yerləşən və sənətçilər arasında məşhur olan İmamzadə Tahirdə qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Xarici keçidlər Yade Man Kon یاد من کن by Delkash.

Dilkəşin İmamzadə Tahir Qəbristanlığındakı məzarı: .

Kateqoriya:1925-ci ildə doğulanlar Kateqoriya:2004-cü ildə vəfat edənlər Kateqoriya:İmamzadə Tahir qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr klassik musiqiçiləri