thumb|Xatirə nişanı Qafqaz Əlahiddə Polyak Briqadası (, ) — Rusiya İmperiyası ərazisində fəaliyyət göstərmiş Polşa Ordusunun piyada bölməsi.
Briqada 1917-ci ilin noyabrında Bakıda 275-ci ehtiyat alayının kazarmaları ərazisində 5-ci Rusiya sərhəd piyada alayı və ayrıca dağ artilleriya batareyası əsasında yaradılmışdı. Lakin ictimai iğtişaşların başlanması səbəbilə tam komplektləşdirilməmiş halda qaldı.
1918-ci il iyulun 26-da Gürcüstandakı alman qüvvələrinin komandanlığının təklifi ilə buraxıldı. Buraxılma zamanı briqadada 138 zabit və 269 əsgər xidmət edirdi. Briqadaya polkovnik Stanislav Rosnovski komandanlıq edirdi. Əsgərlər evə yalnız mülki geyimdə qayıda bilərdilər. Onların bir hissəsi Mürmansk bölgəsində yerləşən 4-cü Polşa atıcı diviziyasının və digər Polşa dəstələrinin sıralarına qoşulmuşdu.
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Polşa briqadaları Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Rusiya imperiyası briqadaları