Qarnizon kilsəsi () — Potsdam şəhərində yerləşən hazırda mövcud olmayan kilsə. Tarixi Qarnizon kilsəsi Potsdamın tarixi mərkəzində yerləşən protestant kilsəsi olub. Prussiya kralı I Fridrix Vilhelmin əmri ilə Filipp Gerlaşın planları əsasında 1730–1735-ci illərdə inşa edilən bu kilsə, Prussiya Barokko memarlığının əsas əsərlərindən biri hesab olunurdu. Təxminən 90 metr hündürlüyü ilə Potsdamın ən hündür binası idi və şəhərin siluetini formalaşdırırdı. Bundan əlavə Qarnizon Kilsəsi, Müqəddəs Nikolas Kilsəsi və Müqəddəs Ruh Kilsəsi ilə birlikdə şəhərin məşhur "Üç Kilsə Mənzərəsi"nin bir hissəsi idi. İkinci Dünya müharibəsi zamanı Britaniya bombardmanı nəticəsində zədələndikdən sonra, Şərqi Almaniya hakimiyyəti tərəfindən 1968-ci ildə kilsə söküldü. Almaniyanın yenidən birləşməsindən sonra, Qarnizon kilsəsi hazırda xatirə və barışıq mərkəzi kimi yenidən qurulur. İlk hissə 2024-cü ildə açıldı və burada Koventri Xaçı şapeli, yerin tarixi haqqında sərgi və 57 metr hündürlükdə mənzərə platforması yerləşir. Germany - Third Reich 5 Reichsmark KM# 83 1934E

Qarnizon kilsəsinin zəng qülləsi, 88,4 metr hündürlüyündə idi və qarşıdakı küçəyə qədər uzanırdı. Yan divarları hündür, dar pəncərələrlə kəsilmişdi, küncləri isə heykəllərlə əhatə olunmuşdu. Əsas girişin üstündə, Breiten Straße (Geniş Küçə) tərəfə baxan qızıl hərflərlə yazılmış bir lövhə var idi: "Fridrix Vilhelm, Prussiya Kralı, bu qülləni Qarnizon Kilsəsinin yanında Allahın şərəfinə tikdirdi. 1735-ci il". Bu yazının bəzi hərfləri bu gün də görünə bilər.

İstinadlar

Ədəbiyyat Reinhard Appel, Andreas Kitschke: Der Wiederaufbau der Potsdamer Garnisonkirche. Lingen Verlag, Köln 2006, . Ludwig Bamberg: Die Potsdamer Garnisonkirche. Baugeschichte - Ausstattung - Bedeutung. Lukas Verlag, Berlin 2006, . Winfred Ellerhorst: Das Glockenspiel Deutschland 1939 (small booklet) Andreas Kitschke: Die Garnisonkirche Potsdam. Krone der Stadt und Schauplatz der Geschichte. Bebra, Berlin 2016, . Laura J. Meilink-Hoedemaker Article about The Amsterdam bell-foundry under Jan Albert de Grave 1699-1729, in 'Klok en Klepel' the Dutch bulletin of the 'Nederlandse Klokkenspel Vereniging.' nr 115 Dec 2011 Luc Rombouts: Zingend Brons, uitgeverij Davidsfonds Leuven, 2010, (in Dutch; the English version will come soon) Anke Silomon: Pflugscharen zu Schwertern. Schwerter zu Pflugscharen. Die Potsdamer Garnisonkirche im 20. Jahrhundert. Nicolai, Berlin 2014, .

Xarici keçidlər

Official website of the reconstruction society (in English) Live webcam showing the construction site YouTube: Video of the church's carillon playing Mozart's melody for "Üb' immer Treu und Redlichkeit" YouTube: Video of the church's demolition YouTube: Video of the church's 3D visualization

Kateqoriya:Almaniyada dağıdılmış kilsələr