Üçlük kilsəsi () — Arendal şəhərində yerləşən məhəllə kilsəsi. Kilsə Arendal şəhərinin mərkəzi hissəsində yerləşir. Trefoldiqhet məhəlləsinin kilsəsidir və həmçinin Aqder oq Telemark Yeparxiyasının Arendal dekanlığının) mərkəzidir. Qırmızı kərpicdən tikilmiş Neoqotika üslubunda olan kilsə, 1888-ci ildə memar Kristian Fürst tərəfindən hazırlanmış planlar əsasında xaç formalı bazilika layihəsində inşa edilmişdir. Kilsə təxminən 850 nəfərlik oturacaq tutumuna malikdir. Tarixi Arendal şəhərində üç kilsə olmuşdur və hamısı "Trefoldiqhetskirken" (Üçlük Kilsəsi) adlanırdı. 1669-cu ildə Arendal adlı yeni kiçik şəhər öz kilsəsini tikmək üçün icazə aldı. İlk kilsə 1670-ci ildə taxtadan tikildi və şərq-qərb istiqamətində, hazırkı kilsə yerindən qərbdə yerləşirdi. Kilsə 6 dekabr 1670-ci ildə təqdis edildi. Şərq hissəsi iki qanada bölünmüşdü və bu da ona Y forması verirdi (Norveçdə bu dizayna malik yalnız 10 kilsə var idi). Bir qanadda qurbangah və kral kürsüsü, digərində isə orqan yerləşirdi. Minbər qanadların birləşdiyi yerdə yerləşirdi. 1714-cü ildə şimal qanadına boz daşdan bir qüllə əlavə edildi.
İkinci kilsə Köhnə kilsə söküldükdən sonra eyni ərazidə yeni bir kilsə tikildi. Bu yeni kilsə Kristian H. Grosç tərəfindən layihələndirilmişdi və səkkizbucaqlı qruluşa malik idi. Orda 555 oturacaq tutumu var idi. Köhnə kilsənin qülləsi saxlanıldı və yeni kilsəyə daxil edildi. Təməl daşı 1833-cü ildə Şahzadə Oskar (daha sonra İsveç və Norveç kralı oldu) tərəfindən qoyuldu. 1835-ci ildə tamamlanan kilsədə qurbangah yox idi, lakin Bertel Torvaldsenin məşhur İsa heykəlinin böyük bir gips replikası var idi. Yeni bina təqdis edildi.
Üçüncü kilsə 1880-ci ildə Arendal gəmiçilik şəhəri kimi məşhurlaşdı. Buna görə daha böyük kilsə tikmək qərarı verildi. Kilsənin layihəsi üçün memarlıq müsabiqəsi elan edildi. Müsabiqəni 27 yaşlı memar Kristian Fürst qazandı. O, alman memarı İohannes Otsenin tələbəsi idi. Təməl daşı 7 avqust 1885-ci ildə böyük bir mərasimlə qoyuldu. Bu Üçlük kilsəsi kərpicdən tikilmişdir. Yeni kilsə 29 iyun 1888-ci ildə yepiskop Yakob Sverdrup Smitt tərəfindən təqdis edildi. Kilsə 1,200 oturacaq tutumuna malik idi və o zaman Aust-Aqder vilayətinin ən böyük kilsəsi idi. Müasir yanğın qaydalarına uyğun olaraq, kilsə təxminən 850 nəfər tutumuna malikdir. Qalereya
İstinadlar
Xarici keçidlər
Trinity Church, Arendal www.visitnorway.com