Syukuro Manabe () – yapon-amerikalı klimatoloq, iqlimin və onun dəyişikliklərinin hesablama modelləşdirilməsi üzrə görkəmli mütəxəssis, bu sahədə kompüter modelləşdirməsinin qabaqcıllarından biri və 1970-ci illərdə qlobal istiləşməni öyrənməyə başlayan ilklərdən biridir.Encyclopedia of Global Warming and Climate ChangeEncyclopedia of Global Warming and Climate Change, Second Edition Fizika üzrə Nobel mükafatı laureatıНобелевская премия по физике присуждена за моделирование земного климата. Дата обращения: 5 октября 2021. Архивировано 5 октября 2021 года. (2021il).
Həyat yolu 1953-cü ildə bakalavr, 1955-ci ildə magistr və 1958-ci ildə meteorologiya üzrə doktorluq dərəcəsini Tokio Universitetində almışdır. 1958–1963-cü illərdə Milli Hava Xidmətində tədqiqatçı meteoroloq kimi çalışdı.Manabe, Syukuro // Чешская национальная авторитетная база данных 1963–1997-ci illərdə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Laboratoriyasında baş elmi meteoroloq vəzifəsində çalışmışdır. 1968–1997-ci illərdə o, eyni zamanda Prinston Universitetində professor kimi dərs demişdir. 1960-cı illərdə S. Manabe atmosfer dinamikasını tədqiq etməyə başladı və sonradan ilk qlobal iqlim modelini yaratdı.Syukuro Manabe wins Crafoord Prize for fundamental contributions to climate change research. Дата обращения: 1 апреля 2018. Архивировано 3 апреля 2018 года. 1997–2001-ci illərdə vətəni Yaponiyada qlobal istiləşmə ilə bağlı tədqiqat proqramının direktoru vəzifəsində çalışıb. 2006–2013-cü illərdə Naqoya Universitetində dəvətli professor işləyib. 2021-ci ildə "Yer iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşmənin etibarlı şəkildə proqnozlaşdırılmasına görə" Fizika üzrə Nobel Mükafatı alıb.
Mükafatları 1966-cı ildə — Fujivara Mükafatı 1967-ci ildə — Meisinger Mükafatı 1970-ci ildə — ABŞ Ticarət Nazirliyinin Qızıl medalı 1987-ci ildə — İkinci Yarım Əsrin Mükafatı — Amerika Meteorologiya Cəmiyyətinin ikinci ən qədim mükafatı 1992-ci ildə — "Mavi Planet" Mükafatının ilk laureatı 1993-cü ildə — Amerika Geofizika İttifaqının Rocer Revelle medalı 1995-ci ildə — Byerknes Amerika Geofizika İttifaqının Atmosfer Elmləri Bölməsinin mühazirəsi 1995-ci ildə — Asahi Mükafatı 1997-ci ildə — Ətraf Mühitin Mühafizəsi üzrə Volvo Mükafatı 1997-ci ildə — Yaponiya Ətraf Mühit Naziri Mükafatı 1998-ci ildə — Avropa Geofizika Cəmiyyətinin Milutin Milankoviç medalı 2004-cü ildə — MakGilla Universitetinin Fəxri doktoru 2009-cu ildə — Kioto Yer kürəsinin Şöhrət Zalına daxil edilmişdir 2015-ci ildə — Franklin İnstitutunun Benjamin Franklin medalı (2015) 2016-cı ildə — BBVA Fondunun Bilik Sərhədləri Mükafatı (Jeyms Hansen ilə paylaşılmışdı) 2018-ci ildə — İsveç Kral Elmlər Akademiyasının Crafoord Mükafatı (Syuzan Solomon ilə paylaşılmışdı) 2021-ci ildə — Fizika üzrə Nobel Mükafatı ("Yer iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşmənin etibarlı şəkildə proqnozlaşdırılmasına görə")Нобелевская премия по физике присуждена за моделирование земного климата. Дата обращения: 5 октября 2021. Архивировано 5 октября 2021 года.
İstinadlar
Kateqoriya:Yaponiyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Klimatoloqlar Kateqoriya:Meteoroloqlar Kateqoriya:Okeanoloqlar Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Yaponiya akademikləri Kateqoriya:Yaponlar