Cettia castaneocoronata — Oxuyan sərçələr yarımfəsiləsinə aid quş növü.

Ümumi məlumat Cettia castaneocoronataya Banqladeş, Butan, Çin, Hindistan, Laos, Myanmar, Nepal, Tailand və Vyetnamda rast gəlinir. Təbii yaşayış mühitləri subtropik və ya tropik rütubətli düzənlik meşələri və subtropik və ya tropik rütubətli dağ meşələridir.

Cettia castaneocoronata 1836-cı ildə ingilis zabiti və zooloq Edvard Burton tərəfindən "Sylvia castaneocoronata" binominal adı ilə rəsmi şəkildə təsvir edilmişdir. Növ adı latınca "şabalıdı rəngli" mənasını verən "castaneus" və "taclı" mənasını verən "coronatus" sözlərindən törəmişdir. Əvvəllər "Tesia" cinsinə aid edilsə də, 2011-ci ildə aparılan molekulyar filogenetik tədqiqat göstərdi ki, şabalıdıbaş tesiya "Cettia" cinsinə aid olan növlərlə yaxından əlaqəlidir. Although bearing the year 1835 on the title page, the volume did not appear until 1836.

Bu növün üç yarımnövü məlumdur: "C. c. castaneocoronata" (Burton, 1836) – Himalaylar və şimal-şərqi Hindistandan cənubi Çin və şimali Laosa qədər. "C. c. abadiei" (Delacour & Jabouille, 1930) – Şimali Vyetnam.

Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Cettia castaneocoronatanın qorunma statusunu "Ən Az Narahatlıq Doğuran" (LC) kimi qiymətləndirir.

İstinadlar

Xarici keçidlər

Xeno-canto: audio recordings of the chestnut-headed tesia

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Nepal quşları Kateqoriya:1836-cı ildə təsvir edilən quşlar Kateqoriya:Şimali Hindistan quşları