thumb|upright=.8|Adolf Hitler 1923-cü ildə.|class=notpageimage
Böyük yalan () — həqiqətin kobud şəkildə təhrif olunması və ya yanlış təqdim edilməsini əhatə edən siyasi propaqanda texnikası. Bu ifadə ilk dəfə Almaniya lideri Adolf Hitler tərəfindən 1925-ci ildə yazdığı "Mein Kampf" əsərində işlədilmişdir. Hitler iddia edirdi ki, insanlar belə nəhəng bir yalanı həqiqət kimi qəbul edə bilərlər, çünki heç kəsin "həqiqəti bu qədər həyasızcasına təhrif etməyə cəsarət edəcəyinə" inanmazlar. O, bu üsulun yəhudilər tərəfindən Almaniyanın Birinci Dünya müharibəsindəki məğlubiyyətini general Erix Lüdendorfun üzərinə atmaq üçün istifadə edildiyini iddia edirdi. Lüdendorf Veymar Respublikası dövründə tanınmış milliyyətçi siyasi xadim idi.
Tarixçi Ceffri Herfin fikrinə görə, nasistlər "böyük yalan" ideyasını yəhudilərə qarşı ictimai rəyi çevirmək və Holokostu əsaslandırmaq üçün istifadə etmişdilər. Onun qənaətinə görə, nasist Almaniyasının baş təbliğatçısı Yozef Gebbels və NSAFP bu texnikadan bilavasitə yararlanaraq Avropada əsrlərlə mövcud olmuş antisemitizmi kütləvi qırğına çevirmişdilər. Herf yazmışdır ki, nasistlərin "böyük yalanı" Almaniyanı günahsız, mühasirəyə alınmış bir ölkə kimi təsvir etmək və onun guya "beynəlxalq yəhudiliyə" qarşı mübarizə apardığını iddia etməkdən ibarət idi. Nasist təbliğatı dəfələrlə irəli sürürdü ki, yəhudilər Britaniya imperiyası, Rusiya və ABŞ-də gizli və həddindən artıq gücə malikdirlər. Həmçinin, onların Almaniyaya qarşı "soyqırım müharibəsi" başlatdığı iddia olunurdu. Bunun əsasında nasistlər Almaniyanın özünümüdafiə naminə yəhudiləri məhv etməyə haqqı olduğunu irəli sürürdülər.
XXI əsrdə bu termin ABŞ-də 2020-ci il prezident seçkilərinin nəticələrinin Donald Tramp və tərəfdarları tərəfindən inkarına aid edilmişdir. Trampın tərəfdarları seçkinin kütləvi saxtakarlıq yolu ilə "oğurlandığını" iddia edirdilər. Bu iddiaların miqyası nəticəsində Tramp tərəfdarları ABŞ Konqresinə hücum etmişdilər. Sonradan yayılan məlumatlarda Trampın seçkini uduzduğunu bildiyi halda "böyük yalan" narrativini davam etdirdiyi göstərilir. Alimlərin fikrinə görə, "böyük yalan" texnikasının uğurlu olması üçün iddianın müxtəlif media formalarında davamlı təkrarlanması vacibdir. Həmçinin, kütlənin belə ifrat bəyanatlara inanmasına psixoloji zəmin mövcud olmalıdır.
Nasist Almaniyası
Hitlerin tərifi Adolf Hitler "Mein Kampf" əsərinin I cild, X fəsilində "böyük yalan" anlayışını açıqlayaraq yazmışdır ki, yəhudilər və onların marksist müttəfiqləri Birinci Dünya müharibəsinin məğlubiyyəti üçün məsuliyyəti məhz Erix Lüdendorfun üzərinə atmış, vətən xainlərini cəzalandıra biləcək yeganə güclü rəqibin mənəvi üstünlüyünü əlindən almışdılar. Hitlerə görə, böyük yalanın cazibəsi ondadır ki, kütlələrin kiçik yalanlara bəzən yol vermələrinə baxmayaraq, böyük yalan uydurmaq fikrinə gəlməzlər və başqalarının da bunu edə biləcəyinə inanmazlar. Ona görə də hətta sübutlar təqdim olunsa belə, insanlar tərəddüd edəcək və alternativ izah axtaracaqlar. Bu səbəbdən, "kobud, həyasız yalan həmişə iz qoyur, o hətta ifşa edildikdən sonra da təsirini saxlayır".
1943-cü ildə "The New York Times"da müəllif olan Edvin Ceyms Hitlerin ən böyük yalanının Almaniyanın 1918-ci ildə məğlub olmadığını, guya daxildəki qüvvələr tərəfindən "xəyanətə uğradığını" iddia etməsi olduğunu qeyd etmişdi. Bu "arxadan xəncər zərbəsi" mifini sağçı qruplar, o cümlədən nasistlər yaymışdılar.
Holokostda tətbiqi Herfin yazdığına görə, nasistlər "böyük yalan" texnikasından yəhudilərə qarşı nifrəti dərinləşdirmək və Holokostu əsaslandırmaq məqsədilə istifadə etmişdilər. Onların təqdimatında Almaniya guya "beynəlxalq yəhudilik" tərəfindən hücuma məruz qalmış günahsız bir ölkə idi.
Soyuq müharibə dövrünü tədqiq edən Zaxari Conatan Ceykobson yazmışdır ki, Hitler əvvəlcə bu anlayışı Birinci Dünya müharibəsindəki məğlubiyyətin yəhudilərin üzərinə atılması üçün istifadə etmiş, lakin əslində nasist rejimi öz ideologiyasını tamamilə yalan üzərində qurmuşdu. Məqsəd Almaniyanın məğlubiyyətinin əvəzini yəhudilərin "təmizlənməsi" ilə çıxmaq idi. Yozef Gebbels bu məqsədlə təbliğatın azsaylı şüarlara əsaslanmalı və kütlənin hər bir üzvünə çatana qədər dəfələrlə təkrarlanmalı olduğunu bildirirdi.
Gebbelsin mövqeyi thumb|upright|Nasist Almaniyasının Təbliğat Nazirliyinin rəhbəri Yozef Gebbels.
Yozef Gebbels 12 yanvar 1941-ci ildə dərc olunan "Çörçillin yalan fabriki" adlı məqaləsində Britaniya imperiyasının böyük yalan üsulundan istifadə etdiyini iddia etmişdir. İddialara görə, Gebbelsin çıxışı belə olmuşdur:
Bununla belə, Göbbelsə aid edilən populyar "yalanı kifayət qədər böyük söyləyin və dəfələrlə təkrarlayın, insanlar ona inanacaqlar" sitatı heç bir ilkin mənbədə təsdiqini tapmamışdır. Tədqiqatçı Randal Baytverk hesab edir ki, bu ifadə Gebbelsin həqiqi sözləri deyil.
Reaksiyalar "Böyük yalan" ifadəsi 1943-cü ildə ABŞ Strateji Xidmətlər İdarəsi üçün hazırlanmış Volter Çarlz Langerin Hitler haqqında psixoloji hesabatında işlədilmişdir.Hitler and Psychohistory Hans W. Gatzke, The American Historical Review, Vol. 78, No. 2 (Apr., 1973), pp. 394–401. Hesabatda Hitler haqqında "insanlar kiçik yalandansa böyük yalana daha tez inanırlar və onu tez-tez təkrar etdikdə kütlə mütləq qəbul edəcək" deyilirdi.
1947-ci ildə nəşr olunan ABŞ mənbələrində Hitlerin ölümündən sonra SSRİ tərəfindən yayılan yanlış məlumatlar, eləcə də 1968-ci ildə sovet tarixçisi Lev Bezımenskinin Hitlerin guya döyüşdə həlak olması barədə nasist elanına istinad etməsi "böyük yalan"ın nümunələri kimi göstərilmişdir.
Holokostun inkarı Revisionist ədəbiyyatda "yalan" termini Holokost ilə bağlı "uydurmalar və saxtalaşdırmalar" mənasında istifadə olunur. Alman dilində "" () buna nümunədir və nasistlər tərəfindən Avropa yəhudilərinə qarşı törədilmiş cinayətləri, həbs düşərgələri və Holokostu inkar edən şəxslər tərəfindən istifadə olunur. Burada onkret olaraq, 1945-ci ildə azad edilmiş Auşvits həbs düşərgəsi nəzərdə tutulmuşdur.
Holokost revisionistlərinə qarşı çıxan, tarixşünaslıqda qəbul edilmiş baxışı müdafiə edən şəxslər bildirirlər ki, revisionistlərin təqdim etdiyi tekstual dəyişikliklər belə görünür: "Holokost mifdir", "Holokost yalandır", "Holokost aldatmadır", "Holokost saxtalaşdırmadır", "Holokost uydurmadır" və s. Onların iddiasına görə, revisionist mövqedən Holokost "böyük yalan, bütün dövrlərin ən böyük konspirasiyası" kimi qiymətləndirilir.
İran Prezidenti Mahmud Əhmədinejad bəyan etmişdir ki, "Holokost əsaslandırılmamış və mifik iddialara əsaslanan yalandır". 2004-cü ildə Misirin dövlət nəzarətində olan "Əl-Liva Əl-İslami" qəzetində yayımlanan iki saylı məqalədə "Yəhudilərin yandırılması haqqında yalan" başlığı altında Holokostun yəhudilər tərəfindən uydurulduğu və "soyqırım yalanlarının" Qərbi yəhudilərin Fələstində dövlət qurmasına təkan vermək üçün işlədildiyi iddia olunurdu:
Holokost revisionistləri və bəzi siyasətçilər Holokostu "böyük yalan" adlandırırlar. Xüsusilə İran Prezidenti Mahmud Əhmədinejad Holokostu belə qiymətləndirmişdir. Britaniya Baş naziri Toni Bleyrin müşaviri və Müslüman Bar Assosiasiyasının üzvü Əhməd Tomson 1994-cü ildə yazdığı kitabda Holokostda 6 milyon yəhudinin ölümünü "böyük yalan" adlandırmışdır. İran hökumətinin sözçüsü Qulamhüseyn İlham Holokost anlayışını "böyük yalan" adlandırmışdır.
Terminin istifadəsi revisionist tədqiqatlarda və kitab adlarında da rast gəlinir. Vəkil Silviya Stolts Holokost revisionisti Ernst Sündel məhkəməsində Holokostu "dünyanın tarixindəki ən böyük yalan" adlandırmışdır. Məhkəmədə Stolts almaniyalı caz musiqiçisi Gilad Atsmonun Boxumda çıxışını təsvir edən qəzet məqaləsini oxumuşdur. Atsmon çıxışında İkinci Dünya müharibəsi və Holokostun "tamamilə saxtalaşdırıldığını, amerikalılar və sionistlər tərəfindən uydurulduğunu" bəyan etmişdir.
Almaniya sağçı radikal və keçmiş Qırmızı Ordu Fraksiyası terrorçusu Horst Maler "Tarixçilər və alimlər İran prezidentinin Holokost mövqeyini dəstəkləyir" başlıqlı məqaləsində bildirmişdir ki, "Holokost heç vaxt baş verməyib. Bu, tarixdəki ən böyük yalandır".
SSRİ-də 1932–1933-cü illərdə Sovet Ukraynasında milyonlarla insanın ölümünə səbəb olan süni aclıq. – Qolodomorun inkar edilməsi həmin hadisənin baş vermədiyi və ya şişirdildiyini iddia edən mülahizələrdir.Richard Pipes, Russia Under the Bolshevik Regime, Vintage books, Random House Inc., New York, 1995, , pages 235–236.
Sovet İttifaqı hökuməti aclığın baş verməsini rəsmi şəkildə inkar etmiş və əvvəldən 1980-ci illərə qədər bu haqda məlumatı yatırtmışdır. Bu narrativ bəzi Qərb jurnalistləri və intellektualları tərəfindən də tirajlanmışdır. Rusiya hökuməti Qolodomoru "soyqırımı" kimi tanımır və faciəni yalnız təbii fəlakət və SSRİ-də kollektivləşdirmə siyasətinin nəticəsi kimi təqdim edir. Rəsmi bəyanatlarda Qolodomor yalnız müəyyən bölgələrdə baş vermiş aclıq kimi izah olunmuş və bu iddialar beynəlxalq ictimaiyyətə geniş şəkildə təkrarlanmışdır.
Ukrayna tarixçisi Andrey Kozıtski Qolodomorun inkarını "Böyük yalan" adlandırmış və bunu monoqrafiyada təhlil etmişdir. O, inkarın yalnız tarixi bir hadisənin inkarı olmadığını, həm də Ukraynanın müstəqil dövlət olaraq mövcudluğunun siyasi şəkildə şübhə altına alınması məqsədi daşıdığını vurğulamışdır. Robert Konkvest hesab etmişdir ki, bu, SSRİ hökumətinin "böyük yalan" propaqandasından istifadə etdiyi ilk əhəmiyyətli nümunə olmuşdur. Oxşar kampaniyalar Moskva prosesləri və QULAQ sistemi ilə bağlı diqqəti yayındırmaq məqsədilə də həyata keçirilmişdir.
Amerika Birləşmiş Ştatları
Soyuq müharibə Bu termin Soyuq müharibə dövründən ABŞ-də istifadə olunmuşdur. Məsələn, 1951-ci ildə "Böyük yalan" adında təbliğat filmi çəkilmişdi. 1964-cü ildə Senatın Daxili Təhlükəsizlik Alt Komitəsi tərəfindən 1903-cü ildə Rusiyada ilk dəfə nəşr olunmuş antisemit uydurma mətn olan "Sion müdriklərinin protokolları" haqqında hazırlanmış hesabatda bildirilmişdir ki, protokolların davamlı yayılması qismən "Hitlerin böyük yalan texnikası"ndan istifadə edilməsinə bağlana bilər.
Respublikaçılar tərəfindən Bu termin ABŞ-nin sağçı siyasi fiqurları tərəfindən 2016-cı il prezident seçkilərində Donald Trampın qələbəsinin Rusiyaya bağlı əməkdaşlıq nəticəsində baş verdiyi iddialarını təsvir etmək üçün istifadə olunmuşdur. Məhkəmənin keçmiş baş prokuroru Vilyam Barr bu iddiaları "çox zərərli, böyük yalan" adlandırməş, bunun administrasiyanın Vladimir Putini düzgün idarə etməsinə mane olduğunu bildirmişdir. Eyni fikir keçmiş Nümayəndələr Palatasının spikeri Nyut Cinqriç tərəfindən də ifadə olunmuşdur. Bundan başqa, elə həmin seçkilər zamanı Tramp rəqibi Hillari Klintonun planlaşdırdığı iddia edilən seçki saxtakarlığı kampaniyası barədə dəfələrlə xəbərdarlıq etmişdir.
2020-ci ildə, seçkiyə bir neçə ay qalmış Tramp seçkinin bütövlüyünü pozmaq məqsədilə gözlənilən seçki saxtakarlığı ilə bağlı yenilənmiş dezinformasiya kampaniyasına başlamışdı. O, dəfələrlə iddia etmişdir ki, yalnız saxta seçki onu yenidən seçilməkdən məhrum edə bilər. Bunun səbəbi narsisizm və intellektual təkəbbür göstərilmişdir, çünki Tramp Co Baydeni tarixin ən pis namizədi hesab edirdi.
2021-ci ilin əvvəllərində Tramp və bir sıra tanınmış Respublikaçılar "böyük yalan" terminindən digər seçki məsələlərinə aid olaraq istifadə etməyə başlamışdılar. Tramp bu termini 2020-ci il prezident seçkisi ilə bağlı "saxtalaşdırılmış seçki" iddialarına aid etdiyini bildirmişdir. "The Wall Street Journal" qəzetindəki bir məqalədə, həmçinin Respublikaçı siyasətçilər Miç MakKonell və Nyut Cinqriçin çıxışlarında bu termin Demokratların yeni və daha məhdudlaşdırıcı seçici identifikasiyası tələblərinə qarşı çıxışı təsvir etmək üçün istifadə etmişdilər. MakKonellin ofisi Demokratların seçici hüquqları qanununu qəbul etmək üçün filibasteri ləğv etmə cəhdini "sol tərəfin böyük yalanı" kimi təsvir etmiş, "guya ABŞ-də antiseçki konspirasiyası olduğu" fikrinin təbliğ edildiyini bildirmişdir. Tarixçi Timoti Snayder bu narrativin tərs çevrilməsini belə izah etmişdir: