Dağlar qızı Reyhan (, və ya Qaçaq Reyhan) — Azərbaycan xalq qəhrəmanı.
Həyatı Reyhanın həyatı haqqında çox az məlumat var. Xaçmaz rayonunun Padar kəndində doğulub və böyüyüb. Etniki Tat idi."Dağlar qızı Reyhan"- kimdir?
1918-ci Mart ayında, Reyhanın toyu soyqırımı vaxtında olduğuna görə, Erməni daşnaklardan hücum edilib və toyun bəyi öldürülüb. Reyhan, zorlanmaq qorxusuna görə, tualetə girib özünü "murdarlıyıb" və Padardan dağdan dağa qaçaraq gedib, Quba rayonunun Xanəgah kəndinin yanında yerləşən Ağ Qaya adında bir dağa çatıb və orda bir neçə gün qalıb. Xanəgahda yaşıyan insanlar Reyhanı görüb evlərinə aparırlar və ona yemək və paltar verirlər. Reyhan kəndə çatandan sonra başlayıb "kişi paltarı" geyinməyə və başına papaq qoymağa.
Kənddə neçə vaxt yaşadığından sonra Reyhan öz kəndini xatırlayıb daşnaklardan qisas almaq istiyib. Reyhan qisas almaq xəbəri yaşadığı kəndin yanında yerləşən kəndlərə göndərir və o ərazidə yaşayan bütün üli silah tutan cavanlar dəstəyə qoşulur. Hazırlaşdıqdan sonra Reyhan və başına yığdıqı dəstə Quba rayonunun Gəlinqaya kəndində daşnak qüvvələriynən döyüşüb və yüzlərlə Daşnakları öldürərək məğlub edib. Onnan sonra, Reyhan və dəstə davam eliyirlər və yavaş-yavaş dövlətin ordusuna kömək edərək Erməni döyüşçüləri Quba və Xaçmazdan qovurlar.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Aprel işğalında Qızıl ordudan isğal edilib və 1928-ci ildə Erməni tərəfindən Reyhanın səhvən "antisovet" olmağı Bolşevik orqanlarına damğası vurulub. Dövlət ona görə onu güllələnməyə məhkum edib, ama Mir Cəfər Bağırov onu güllələnməkdən xilas edib. Reyhanı xilas edəndən sonra onun adını dəyişdirib və, qorunması üçün, gizlicə Krımda naməlum bir monastıra göndərib. Reyhan Krımda ölüb və dəfn edilib.
Mediya 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov Reyhana həsr olunan Dağlar qızı Reyhan şerinə musiqi bəstələyib. 1960-cı ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa edib, ama bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məhşurlaşıb.
İstinadlar
Kateqoriya:Azərbaycan qadınları Kateqoriya:Xaçmaz rayonunda doğulanlar Kateqoriya:Krımda vəfat edənlər Kateqoriya:XX əsr Azərbaycan qadınları