– Yaponiya rəssamı. Çutaro doğum adıdır.
İlk illəri 1866-cı ildə indiki Akita prefekturasının ərazisində yoxsul samuray ailəsində doğulmuşdur. Satake klanına nəsillər boyunca xidmət etmiş ailənin başçısı olmuş Hirotomonun oğlu idi. Ailəsi Toryuken adlı mülkdə yaşamışdır. Əvvəlcə Kano məktəbinin bir rəssamı ilə təhsil almış, daha sonra Maruyama–Şico məktəbinin rəssamı olan Hirafuku Suianın və boyakar Suqavara Hakuryunun şagirdi olmuşdur. Eyni zamanda "Toyodo Publishers" üçün işləmiş, "Fuzoku Gaho" jurnalı üçün illüstrasiyalar çəkmişdir.
Fəaliyyəti 1888-ci ildə Tokioya getmiş və 1891-ci ildə Yaponiya Gənc Rəssamlıq Cəmiyyətinin yaradılmasında aktiv iştirak etmişdir. 1890-cı ildə III Sənaye Sərgisinin mükafatını qazanmışdır. 1898-ci ilə qədər Tokio Təsviri İncəsənət Məktəbinin müəllimi olmuşdur. Həmin il məktəbi tərk edərək Yaponiya Təsviri İncəsənət Akademiyasını quran Okakura Kakuzonu izləmişdir. Koqyo bu akademiyanın müəllimi olmuş, lakin 1901-ci ildə Tokio Təsviri İncəsənət Məktəbində dərs deməyə davam etmişdir. O, hökumətin dəstəyi ilə keçirilən Bunten incəsənət sərgilərində münsif qismində iştirak etmiş və imperatorluq ailəsinin sənətçisi kimi seçilmişdir.
Koqyo Rus-yapon müharibəsində müxbir kimi iştirak edərkən bir çox rəsm çəkmişdir. 1910-cu ildə Yokoyama Taykanla birlikdə Çinə səfər etmişdir. Bu səfər zamanı "Şiaoşianın səkkiz mənzərəsi" əsərindən təsirlənmişdir. Koqyonun ən tanınmış əsəri dörd rəsmdən ibarət "Dərələr: Dörd mövzu" (1909) kolleksiyasıdır. Bu əsəri Naqano prefekturasında hazırladığı eskizlər əsasında çəkmişdir. 1917-ci ildə İmperator İncəsənət Akademiyasına qoşulmuşdur. Onun realistik üslubu Maruyama–Şico və bucinqa üslublarının qarışığından ibarət olmaqla yanaşı, Qərb prespektivinə, modelləşdirməsinə və kölgələndirməsinə malik olmuşdur. Digər əsas əsərlərinə "İki Çin çayının səkkiz mənzərəsi" və "Hündür bir dağın payız mənzərələri" daxildir. Həyatının son illərində Naqano prefekturasında yerləşən Kambayaşiyə köçmüşdür. Yaşadığı villa Koqyo məbədinə çevrilmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya rəssamları