Varanus griseus (Səhra varanı) — "Squamata" dəstəsinə aid olan bir varan növü. Şimali Afrika, Mərkəzi və Cənubi Asiyada geniş yayılmışdır. Səhra varanı yırtıcıdır və müxtəlif onurğalı və onurğasız heyvanlarla qidalanır.Bennett, D. ‘’Desert Monitor, Grey Monitor’’ , A Little Book of Monitor Lizards, Viper Press, 1995
Təsvir
Səhra varanları adətən açıq qəhvəyi, sarı və boz rənglərdə olur. Orta hesabla bir metr uzunluğa çatsa da, bəzi fərdlərdə ümumi uzunluq iki metrə yaxın ola bilər. Bu kərtənkələlərin bədənlərində və ya quyruqlarında üfüqi zolaqlar, həmçinin belində sarı ləkələr ola bilər. Cavan fərdlər parlaq narıncı rəngdə olur və belində aydın zolaqlar var, lakin yetişdikcə bu zolaqlar itə bilər. Burun dəlikləri gözlərə yaxın yerləşir (burundan daha yaxın). Bədən ölçüsü ərzaq təchizatı, ilin fəsli, iqlim şəraiti və çoxalma vəziyyətindən asılıdır. Erkəklər ümumiyyətlə dişilərdən daha böyük və möhkəm olur. Bu fərqlər erkəkləri dişilərdən fərqləndirməyə imkan verir. Bütün kərtənkələlər kimi onlar da dəri dəyişdirərək bədən ölçülərini artırır. Yetkin fərdlər üçün bu proses bir neçə ay davam edir və ildə təxminən üç dəfə baş verir. Dəriləri səhra mühitinə uyğunlaşıb və əla üzücüdürlər. Bəzən suya girərək qida axtardıqları da müşahidə edilmişdir.Pianka, Eric R., Dennis King, and Ruth Allen. King. Varanoid Lizards of the World. Bloomington: Indiana UP, 2004. Print.
İstinadlar
Xarici keçidlər Photos of Desert Monitor at Arkive.org Desert Monitor account at moroccoherps.com Photos of Desert Monitor
Tsellarius, A. Y.;Cherlin, V. A.;Menshikov, Y. A. 1991 Preliminary report on the study of biology of Varanus griseus (Reptilia, Varanidae) in Middle Asia Herpetological Researches (1): 61-103
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Hindistan sürünənləri Kateqoriya:İran sürünənləri Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:Türkiyə faunası Kateqoriya:1803-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Varanlar Kateqoriya:Asiya sürünənləri Kateqoriya:Afrika sürünənləri Kateqoriya:1803-cü ildə təsvir edilən heyvanlar