Lepidophyma flavimaculatum ("Sarı-xallı tropik gecə kərtənkələsi" və ya "sarı-xallı gecə kərtənkələsi") — Gecə kərtənkələləri fəsiləsinə (Xantusiidae) aid bir növ. Bu növ mərkəzi Meksikadan başlayaraq Mərkəzi Amerikadan Panamaya qədər yayılmışdır. İki yarımnövü mövcuddur.
Yarımnövlər
İki yarımnöv, o cümlədən nominotipik yarımnöv tanınmışdır: "Lepidophyma flavimaculatum flavimaculatum" A.H.A.Dumeril, 1851 "Lepidophyma flavimaculatum ophiophthalmum" Teylor, 1955
Çoxalma
"L. flavimaculatum" partenogenetik şəkildə çoxalır. Dişi fərdlər canlı və tam inkişaf etmiş bala kərtənkələlər doğur. Doğuşdan əvvəl yumurta hüceyrələri mayalanmır.
Yaşayış yeri və ekologiya
"L. flavimaculatum" tropik yağış və rütubətli meşələrdə yaşayan, gizli, quruda yaşayan və gecə fəaliyyəti göstərən bir kərtənkələdir. Dəniz səviyyəsindən 1500 m (4900 fut) yüksəkliyə qədər olan ərazilərdə tapılır. Əsasən yerdə tapılsa da, bəzən ağac gövdələrində və ya ayaqda olan ağacların qabıqları altında da rast gəlinir. Kiçik onurğasızlar ilə qidalanır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1851-ci ildə təsvir edilən sürünənlər