The Fragrant Flower Blooms with Dignity, Yaponiyada tanınan adı ilə – Saka Mikami tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2021-ci ilin oktyabrında "Kodansha" nəşriyyatının "Magazine Pocket" manqa saytı və tətbiqində serializasiya olunmağa başlamışdır. 2026-ci ilin martına qədər 24 tankobon cildi buraxılmışdır. Manqa seriyası Çidori oğlanlar liseyinin şagirdi Rintaro Tsumuqi ilə Kikyo qızlar liseyinin şagirdi Kaoruko Vaquri arasındakı münasibətlərdən bəhs edir. Çidori və Kikyo bir-birindən nifrət edən iki qonşu lisey olsa da, Tsumuqi ilə Vaquri arasında romantik münasibətlər inkişaf edir.

Manqa seriyası əsasında "CloverWorks" tərəfindən çəkilən anime serialı adaptasiyası 2025-ci ildə yayımlanmışdır.

Məzmun Çidori İctimai Liseyi və Kikyo Özəl Akademiyası Qızlar Liseyi bir-birinin qonşuluğunda yerləşən, amma tamamilə əks reputasiyalara malik iki məktəbdir. Çidoridə aşağı təbəqədən olan və qiymətləri aşağı olan oğlanlar təhsil alır. Kikyo isə əsasən varlı ailələrdən olan və qiymətləri yüksək olan qızların təhsil aldığı prestijli akademiyadır. Bu səbəbdən iki məktəb arasında uzun müddətdir ki, davam edən rəqabət və düşmənçilik var.

Çidori şagirdi Rintaro Tsumuqi ailəsinin tort mağazasında Kaoruko Vaquri adlı bir müştəriyə xidmət göstərir. O, Kaorukonun onun mehribanlığını gördüyü üçün təəccüblənir, daha sonra onu zorbalıqdan qoruyur. Rinator Kaorukonun əslində Kikyo şagirdi olduğunu öyrənib şoka düşür. Buna baxmayaraq, onlar bir-birilərini daha yaxşı tanımağa qərar verirlər və arasındakı münasibətlər inkişaf etməyə başlayır.

Personajlar Əsas

Çidori liseyində təhsil alan ucaboylu şagird. Görünüşü səbəbilə davakar biri kimi görünsə də, əslində mehriban biridir. Ailəsinin tort mağazasında işləyərlən Kaoruko ilə tanış olur və tədricən ona aşiq olur.

Kikyo akademiyasında təhsil alan gözəl və mehriban şagird. Qiymətləri yüksəkdir və sinif yoldaşları tərəfindən təqdir edilir. Rintaronun ailəsinin tort mağazasının daimi müştərisinə çevrilir və Rintaro ilə tanış olur. Şirniyyat yeməyi çox sevir.

Digər

Çidori liseyində təhsil alan fəal oğlan şagird. Rintaronun yaxın dostlarından və sinif yoldaşlarından biridir. Dostları arasında pozitiv hava yaratmağı sevir.

Çidori liseyində təhsil alan oğlan şagird. Rintaronun yaxın dostlarından və sinif yoldaşlarından biridir. Dərslərində yaxşıdır, imtahanlar ərəfəsində Rintaro və Şoheyə kömək edir. Utancaq və introvert şəxsdir, əvvəlcə Kikyo qızlarına yaxınlaşmaq ideyasına qarşı çıxır, lakin tədricən fikrini dəyişir.

Çidori liseyində təhsil alan oğlan şagird. Rintaronun yaxın dostlarından və sinif yoldaşlarından biridir. Anlayışlı şəxsdir, dava etməkdən çəkinir, dostlarını qorumaq üçün bu prinsipini çeynəməyə hazırdır.

Kikyo akademiyasında təhsil alan qız şagird. Kaorukonun yaxın dostu və sinif yoldaşıdır. Oğlanların yanında özünü narahat hiss edir, çünki balaca olanda bullinqə məruz qalıb. Kaorukonu qorumaq üçün hər şeyi etməyə hazırdır.

İstehsal

Müəllif Saki Mikami van-şot manqasına görə 105-ci Debütant Manqa Mükafatının qalibi olduqdan sonra redaktoru ona manqa seriyası hazırlamağı təklif etmişdir. Mikami bütün personajların mehriban olduğu bir manqa çəkmək istəmiş və "The Fragrant Flower Blooms with Dignity" üzərisində işləməyə başlamışdır. O, bir müsahibəsində bildirmişdir ki, manqanın 2-ci fəslini çəkərkən çox çətinlik çəkmiş, hətta hekayə lövhəsi 3 dəfə qəbul edilməmişdir. Çünki o, 1-ci fəsildə qızlar liseyi və oğlanlar liseyi arasındakı münasibətlərin pis olmasına qərar versə də, redaktoru bu münasibətlərin daha gərgin təsvir olunmasını istəmişdir.

Mikami personajları yaradarkən əvvəlcə onların görünüşlərini fikirləşməkdən başlamışdır. O, cütlüklər arasında boy fərqini sevdiyi üçün Tsumuqini uzunboy, Vaqurini qısaboy təsvir etmişdir. Vaqurini yaradanda onu varlı ailəyə mənsub biri kimi təsvir edib etməmək barəsində tərəddüd etmiş, lakin 3-cü fəsildə onu adi biri kimi göstərməyə qərar vermişdir. Mikami ziddiyyətli vəziyyətləri sevdiyi üçün qorxulu üzə malik Tsumuqinin tort mağazasında işləyən biri kimi təsvir etməyin yaxşı ideya olduğunu düşünmüşdür.

Anime "Aniplex" prodüseri Şoko Hori manqa seriyasının fanatı olduğunu və manqada təsvir olunan mehriban dünyanı çox sevdiyini bildirmişdir. O, manqanı animeyə adaptasiya etmək üçün Kyoko Uryu ilə məsləhətləşmişdir. Manqanın müəllif hüquqlarının sahibi "Kodansha" nəşriyyatı manqanı filmə adaptasiya etməyi təklif etmişdir. Bu zaman "CloverWorks" studiyası manqanın anime adaptasiyasını çəkmək istədiyini bildirmiş və layihəyə start verilmişdir.

Manqa seriyasındakı yerlərin adları uydurma olsa da, istehsalçı heyət realist anime hazırlamaq istədiyi üçün Mikami ilə məsləhətləşərək illüstarsiyaları çəkərkən istinad götürdüyü yerləri öyrənmiş və məkanları gəzmişdirlər. Məktəbin modeli üçün Naqano prefekturasında yerləşən Matsumoto Fukaşi liseyini, kitabxananın modeli üçün Çiqasaki Şəhər Kitabxanasını ziyarət etmişdirlər. Tsumuqinin ailəsi tort mağazası işlətdiyi üçün rejissor Miyuki Kuroki model kimi istifadə oluna biləcək bir neçə mağaza tövsiyə etmiş və onlar bu mağazaları tədqiq etmişdirlər. Tort hazırlama prosesinin dəqiq olmasını istədikləri üçün Tokio Şirniyyat Məktəbi ilə əməkdaşlıq etmiş, mətbəx alətlərini və tort hazırlama prosesini tədqiq etmişdirlər.

Media Manqa

Manqa seriyası Saka Mikami tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 20 oktyabr 2021-ci ildə "Kodansha" nəşriyyatının "Magazine Pocket" manqa saytı və tətbiqində serializasiya olunmağa başlamışdır. 2026-ci ilin martına qədər 24 tankobon cildinə buraxılmışdır. "Kodansha" manqanı "K Manga" platforması vasitəsilə ingiliscə yayımlayır.

Anime Anime serialı adaptasiyası 16 sentyabr 2024-cü ildə Aniplex Online Fest tədbirində anons edilmişdir. "CloverWorks" studiyası tərəfindən çəkilən animenin rejissoru Miyuki Kuroku, köməkçi rejissoru Satoşi Yamaquçi, ssenaristi Rino Yamazaki, personaj dizayneri Kohey Tokuoka və bəstəkarı Moeki Haradadır. Anime 6 iyuldan 28 sentyabr 2025-ci ilə qədər Tokyo MX və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı Tatsuiya Kitani tərəfindən ifa olunan "Manazashi wa Hikari" mahnısı, bağlanış mahnısı Reyra Uşio tərəfindən ifa olunan "Hare no Hi ni" mahnısıdır. Anime "Netflix" tərəfindən lisenziyalaşdırılmışdır.

Qəbul "The Fragrant Flower Blooms with Dignity" 2022-ci ildə "Tsugi ni Kuru" Mükafatının veb-manqa kateqoriyasında namizəd olmuş və 6-cı yeri tutmuşdur. 2023–2025-ci illərdə 3 dəfə Kodansha Manqa Mükafatına namizəd göstərilmişdir. Rintaro Tsumuqi personajı 2023-cü ildə "ən yaxşı aktyor" kateqoriyası üzrə Magademy Mükafatının qalibi olmuşdur.

Anime adaptasiyası 2026-cı ildə "İlin romantika animesi" kateqoriyasında Anime Trend Mükafatının qalibi olmuşdur. 2026-cı ildə "Ən yaxşı romantika animesi" kateqoriyasında Crunchyroll Anime Mükafatının qalibi olmuşdur.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2021-ci ilin manqaları Kateqoriya:2025-ci ilin anime serialları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:CloverWorks Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Crunchyroll Anime Mükafatı qalibləri Kateqoriya:Şonen manqaları