Və beləcə... () — Maykl Patrik Kinq tərəfindən HBO Max platforması üçün inkişaf etdirilmiş ABŞ komediya dram teleserialı. Serial, Kendis Buşnellin eyni adlı kitabı əsasında Darren Star tərəfindən HBO telekanalı üçün yaradılmış "Böyük şəhərdə seks" teleserialının sikvelidir.
Üçüncü filmin təxirə salınmasından sonra, 2020-ci ilin dekabrında yeni serialın hazırlıqlarına başlanmışdır. 2021-ci ilin yanvarında HBO Max tərəfindən serialın tam mövsümü sifariş edilir. 2021-ci il boyunca serialın aktyor heyəti elan edilir, 2021-ci ilin iyulunda isə Nyu-York şəhərində çəkilişlərə start verilir. 9 dekabr 2021-ci ildə HBO Max-da "Və beləcə..." serialının premyerası baş tutur.
İlk mövsüm, bir dəfəlik mini-serial kimi elan edilmiş, mövsüm finalı isə 3 fevral 2022-ci ildə yayımlanmışdır. 2022-ci ilin martında serialın ikinci mövsümü elan edilmiş, onun premyerası isə 22 iyun 2023-cü ildə baş tutmuşdur. 2023-cü ilin avqustunda serialın üçüncü mövsümü elan edilmiş, 29 may 2025-ci ildə isə üçüncü mövsümün premyerası baş tutmuşdur. 14 avqust 2025-ci ildə üçüncü mövsümün son seriyasının yayımlanması ilə serialın tamamlandığı, bununla da "Böyük şəhərdə seks" franşizasının bitirildiyi elan edilmişdir.
Serial tənqidçilər tərəfindən qarışıq rəylər almış, bəzi tənqidçilər isə onun keyfiyyət baxımından orijinal "Böyük şəhərdə seks" serialından geri qaldığını qeyd etmişlər.
Kateqoriya:2020-ci illərin LGBTQ ilə əlaqəli ABŞ komediya teleserialları Kateqoriya:2020-ci illərin LGBTQ ilə əlaqəli ABŞ dram teleserialları Kateqoriya:2020-ci illərin ABŞ romantik-komediya teleserialları Kateqoriya:2020-ci illərin ABŞ erotik-komediya teleserialları Kateqoriya:2020-ci illərin ABŞ komediya-dram teleserialları Kateqoriya:2021-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:2025-ci ildə bitən ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Böyük şəhərdə seks Kateqoriya:Manhetten haqqında teleseriallar Kateqoriya:Nyu-York şəhərində çəkilmiş teleseriallar Kateqoriya:ABŞ-nin sikvel teleserialları Kateqoriya:HBO Max orijinal proqramları Kateqoriya:Max orijinal proqramları Kateqoriya:Transgender-əlaqəli teleseriallar Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları