Melissotarsus — Myrmicinae yarımfəsiləsinə aid olan nadir Afrika qarışqa cinsi.
Yayılması Bu qarışqalara Afrotropik və Madaqaskardarast gəlinir. Onlar yuvalarını canlı ağacların içərisində, qabıq altında tunellər qazaraq qurur. Melissotarsus yuvalarının xaricində nadir hallarda görünür, bu da onların nadir hesab edilməsinə səbəb olub. Bununla belə, onlar iqtisadi əhəmiyyətli ağaclar, o cümlədən manqo və Burseraceae ailəsinə aid ağaclar üçün zərərli həşəratlar hesab olunur. Bu ağaclara Aucoumea klaineana, Dacryodes buettneri və Dacryodes edulis daxildir.
Melissotarsus Diaspididae ailəsinə aid olan zirehli qabıqlı həşəratlarla (scale insects) simbioz şəklində yaşayır. Kamerunda aparılan bir araşdırmada təxmin edilib ki, tək bir Dacryodes edulis ağacında təxminən 1,5 milyon Melissotarsus beccarii (sürfələr daxil olmaqla) və yarım milyon Diaspis zirehli qabıqlı həşəratı yaşayır. Bu zaman burada sıxlıq təxminən hər kvadrat metr qabıq üçün 43 min M. beccarii və 15 min Diaspis idi. Qarışqalar zirehli qabıqların istehsalı üçün istifadə olunan ifrazatları yeyir, çünki Diaspididae qarışqalar tərəfindən qorunan zaman tamamilə müdafiəsiz olur. Qarışqa yuvası isə ağacın qabığı altında tamamilə gizli qalır.
Növləri Melissotarsus beccarii Emery, 1877 Melissotarsus emeryi Forel, 1907 Melissotarsus insularis Santschi, 1911 Melissotarsus weissi Santschi, 1910
Müasir növlərin müqayisəsi NövArealYuxardan görünüşüBaşıKənardan görünüşüMelissotarsus beccarii Afrika 160px 140px 190pxMelissotarsus weissi Afrika 160px 140px 190pxMelissotarsus emeryi Afrika, Səduyyə Ərəbistanı 160px 140px 190pxMelissotarsus insularis Madaqaskar 160px 140px 190px
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar