Dani Bolt və ya tam adı Daniel Lima de Kastro (,) — Braziliyalı peşəkar futbolçu.
Futbolçu sürətinə və sürətli cinah keçidlərinə görə Bolt ləqəbini almış, peşəkar karyerası dövründə də bu adla tanınmışdır.
Karyerası
Fluminense Dani Bolt 2019-cu ildə "Fluminense" klubunun akademiyasına qoşulub. 2020-ci ilin ortalarında Bolt klubla müqaviləsini yeniləyə bilmədiyi üçün "Fluminense"nin əsas komandasından ayrılır. Müqavilə vəziyyəti həll edildikdən sonra o, 2021-ci il mövsümündə təkrar klubun əsas komandasına qoşulur və burada 5 oyun keçirir.
Athletico Paranaense O, 2022-ci ilin əvvəlində "Athletiko Paranaense" klubuna keçir. Ancaq burada uzun müddət qalmır və 2022-ci ilin aprelində komanda yoldaşı Leo Qomeslə birlikdə "Vitoriya" klubuna icarəyə verilir. Ancaq burada çox da uğurlu olmayan futbolçu Braziliya liqasında cəmi 3 oyunda meydana çıxır. Braziliya liqasının 2023-cü il mövsümü üçün isə o, "Yuventuda" klubuna icarəyə verilir. Burada 25 liqa oyununda meydana çıxır və 1 qol vurur.
Torrense 17 yanvar 2024-cü ildə Bolt "Athletiko Paranaense" klubundan ayrılır və Portuqaliya çempionatının 2-ci liqasında mübarizə aparan "Torreense" klubu bir il yarımlıq müqavilə imzalayır. 2025-ci lin yayında "Torrense" klubunu tərk edənə qədər klubla 47 liqa matçında meydana çıxır və 1 qol vurur.
Qarabağ 17 iyun 2025-ci ildə Ağdamın "Qarabağ" klubu futbolçunu transfer edib. "Qarabağ" ilə futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Bolt "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edib. O, 31 avqust 2026-cı ildə klubdan ayrılıb. Bolt "'Qarabağ"ın heyətində 25-i ölkə çempionatı matçı olmaqla, ümumilikdə 43 oyuna çıxıb və 1 qolun müəllifi olub.
Oyun stili Dani Bolt hər zaman sürətli və hücümameyilli cinah müdafiəçiləri ilə tanınan Braziliya futbolunun yetirməsidir. Sürəti ilə tanınan futbolçu yamaykalı sprinter Useyn Boltun şərəfinə Dani Bolt ləqəbini alıb.
Karyera statistikası
+KlubMövsümLiqaŞtat LiqasıKubokQitəToplamTurnirOyunQolOyunQolOyunQolOyunQolOyunQolFluminense2020Braziliya A Seriyası100000001020211030000040Toplam2030000050Athletico Paranaense2022Braziliya A Seriyası006000006020230000000000Toplam0060000060Vitoriya (icarə)2022Braziliya C Seriyası3000000030Yuventude (icarə)2023Braziliya B Seriyası1501001000250Torrense2023/24Portuqaliya ikinci Liqası1300000001302024/25341001000352Toplam471002100482Qarabağ2025/26Azərbaycan Premyer Liqası251––50130421Karyerasında cəmi922190811301323
İstinadlar
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Braziliya Seriya C futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Atletiko Paranaense FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular