Ərəb Mau pişiyi — Qısa xəzli yerli pişik növü olaraq Ərəbistan yarımadasında yayılmış və erkən "Afrika vəhşi pişiyi"ndən törəmiş formal bir növ.
Xüsusiyyətlər Ərəb Mau pişiyi orta ölçülü, iri və möhkəm bədən quruluşuna malikdir. Ayaqları nisbətən uzun və oval formalıdır. Başı yumru görünsə də, enindən bir qədər uzundur. Burnu yan profildən baxıldıqda bir qədər əyridir. Bığ yastıqları yaxşı ifadə olunmuşdur. Gözləri bir qədər oval, iri və yüngül meyillidir. Gözlərin rəngi istənilən normal pişik göz rəngi ola bilər. Xəz rəngi ilə göz rəngi arasında əlaqə yoxdur. Adətən, Ərəb Mauları parlaq yaşıl gözlərə malikdir. Qulaqları iri, bir qədər irəli və yanlara doğru yönəlmişdir. 3-7 kq arasında çəkiyə sahibdirlər. Ərəb Mauları texniki olaraq hipoallergenik olmasa da, az tük tökülməsi və dəri qabıqlarının az olması səbəbindən yüngül allergiyası olan insanlarda daha az reaksiyaya səbəb ola bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri Kateqoriya:Təbii pişik cinsləri