Polina Sergeyevna Şuvalova (; ) — Rusiya şahmatçısı, Beynəlxalq Usta, Qadın Qrossmeyster (2019), Rusiya Qrossmeysteri (2022). Rusiya, Avropa və dünya beynəlxalq çempionatlarının çoxsaylı iştirakçısı və mükafatçısı, Avropa və dünya komanda çempionatlarının iştirakçısı və qalibi (2021). 18 yaşadək şahmat üzrə ikiqat dünya çempionu (2018, 2019). Gənclər arasında şahmat üzrə dünya çempionu (2019). Rusiya Rapid Çempionu (2018). Blits üzrə Dünya Çempionatının bürünc mükafatçısı (2022). Rusiyanın ən güclü üç qadın şahmatçısından biri (2023).
Digər 43 rusiyalı şahmatçı ilə birlikdə Şuvalova Rusiya prezidenti Vladimir Putinə Rusiyanın 2022-ci ildə Ukraynaya silahlı müdaxiləsinə etiraz edən və Ukrayna ilə həmrəy olduğunu bildirən açıq məktub imzalayıb.'Stop the war.' 44 Top Russian Players Publish Open Letter To Putin // Chess.com, 3 March 2022 Həyatı Polina Şuvalova 12 mart 2001-ci ildə Orenburq vilayətinin Orsk şəhərində anadan olub. 2007-ci ildə məşqçi Vladimir Petroviç Antonovun rəhbərliyi altında Orskda DYUSSHOR-1-də şahmat oynamağa başlayıb. Doqquz yaşında idman ustalığına namizəd olub. 2010-cu ildən məşqçi Xamatqaleyev Aleksey Anvaroviçin rəhbərliyi altında oynayıb. 2015-ci ilin sonunda Polina "Moskva gəncləri" olimpiya ehtiyatı məktəbinin üzvü olub və burada tezliklə qrossmeyster Sergey Nikolayeviç Zaqrebelnının tələbəsinə çevrilib. Boş vaxtlarında oxumağı sevir. Qaçış, stolüstü tennis və futbol kimi idman növləri ilə maraqlanır.
İdman nailiyyətləri Polina Şuvalova xeyli sayda ölkə daxili və beynəlxalq yarışlarda mükafatlar qazanıb. O, Rusiya Çempionatının gümüş mükafatçısı U10, rapid üzrə qızıl medalın sahibidir (2011). Polina Rusiya çempionatının bürünc mükafatçısı olub, rapid üzrə qızıl qazanıb (2014). U15 blits üzrə Rusiya çempionu (2015), 2016-cı ildə U17 gümüş mükafatçısı (klassik və blits) olub. 2017-ci ildə U17 gümüş mükafatçısı (rapid və blits), 21 yaşlılar arasında Rusiya Çempionu (2017), rapid üzrə qadınlar arası yarışın çempionu (2018) olub.
Şuvalova U12 Avropa Çempionluğunu (2013) qzanıb. 15 yaşadək şahmatçılar arasında Avropa çempionatının bürünc mükafatçısı (2014) olub.
Polina Şuvalova 12 yaşadək şahmatçılar arasında dünya çempionatının gümüş mükafatçısı (2013) olub. 16 yaşadək şahmatçılar arasında dünya çempionatında bürünc və gümüş mükafat qazanıb (2016, 2017). 2018-ci ildə 18 yaşlılar arasında Dünya Çempionu (het-trik: klassik, sürətli və blits) olub.
Moskva çempionatlarının dəfələrlə qalibi adını qazanıb. U17 qızlar kateqoriyasında 2015-ci il Moskva çempionu (blits, rapid), qadınlar arasında Moskva çempionu (2016), Moskva blits çempionatının finalının gümüş mükafatçısı (2018) olub.
2017-ci il Rapid üzrə Dünya Çempionatında o, xallara görə üçüncü yeri bölüb və son raundda Blits üzrə Dünya Çempionu Mariya Muzıçuku məğlub edərək əlavə göstəricilərdə 11-ci yeri tutub.
Polina Şuvalova Rusiya Qadınların Ali Liqasının bürünc mükafatçısı (2017), 2017, 2018 və 2020 Rusiya Superfinallarının iştirakçısı olub. 2020-ci il Rusiya Superfinalında o, ilk 6 matçda qalib gələrək bütün illərin kişi turnirləri də daxil olmaqla çempionat üçün mütləq rekorda imza atıb.
2018-ci il Avropa Qadınlar Çempionatında o, əlavə göstəricilərdə səkkizinci olmaqla xallara görə ikinci yeri tutub və nəticədə növbəti Qadınların Dünya Çempionatında (2018) iştirak hüququ əldə edib.
2020-ci il Rusiya Qadınlar Çempionatında o, "Armageddon"da tay-brekdə Aleksandra Qoryaçkinaya uduzaraq ikinci yeri tutub. 2021-ci ilin noyabrında Riqada "FIDE Women's Grand Swiss" turnirini 20-ci yerdə tamamlayıb.
Polina Şuvalova 2024-cü ilin iyulunda "Baku Open 2024"də qadınların turnir cədvəlində birinci yeri tutub.
İstinadlar
Xarici keçidlər Polina Shuvalova rating card at FIDE Polina Shuvalova player profile and games at Chessgames.com
Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları Kateqoriya:Rusiya idman ustaları