Münik Mauzer (; 1936–5 avqust 1943) — 1929–1946-cı illər arasında Birləşmiş Krallığın Nazirlər Kabinetində vəzifəsində çalışmış pişik. Həminin Bob, Joey, Toby və Münik kimi tanınmışdır. O, 1937-ci ildən 1940-cı ilə qədər baş nazir Nevill Çemberlen sonra isə 1943-cü ilə qədər Vinston Çörçillin tabeliyində vəzifədə olmuşdur. O, 1940-cı ilin yayında baş siçantutan olmuş, Peter və Nelsonla eyni vaxtda bu vəzifəni tutmuşdur.
Həyatı
Nevill Çemberlen dövrü Münik təxminən 1936-cı ildə anadan olub. Bob 28 may 1937-ci ildə Nevill Çemberlen baş nazir olduğu gün Dauninq-Stritə gəlib. Dövlət qulluqçusu kimi Boba maaş təyin olunmuşdu. Vinston Çörçill, Çemberlen və Almaniyanın füreri Adolf Hitler tərəfindən imzalanmış Münxen sazişinə görə Bobu Münik Mauzer () adlandırmışdı. Böhran zamanı Bob 10 nömrəli binanın astanasında oturaraq "uğur əlaməti və sülh üçün bir işarə"yə çevrilmişdir.
Vinston Çörçil dövrü Çemberlen 1940-cı ilin mayında baş nazir vəzifəsindən istefa verdi və onun yerinə qara pişiyi Nelsonu özü ilə gətirən Çörçill keçdi. Mediada iki pişik arasında "rəqabət var idi". Buna baxmayaraq, Münik Çörçillin ilk baş nazirliyi dövründə vəzifəsində qaldı.
Ölümü Münik 5 avqust 1943-cü ildə 10 nömrəli binanın qarşısında ölü tapıldı. Mətbuatda nekroloqlar dərc edildi: Birmingham Post onu "dost kimi" və "Ribbentropun pişik versiyası" kimi təsvir edirdi.
İstinadlar
Kateqoriya:Məşhur pişiklər