Naser Aliyi (, ) — Albaniyalı peşəkar futbolçu. Hal hazırda Albaniya Superliqasında iştirak edən Dinamo Siti klubunun və Albaniya milli futbol komandasında çıxış edir. Mövqeyi sol cinah müdafiəçisidir.
Karyerası
Klub Naser Aliyi futbol karyerasına İsveçrənin "Baden" klubunun uşaq futbolu akademiyasında başlamış, daha sonra "Aarau" və Bazel klublarının akademiyalarında inkişaf etmişdir.
2013-cü ildə "Bazel"in əsas komandasına yüksəlmiş və 20 iyun 2013-cü ildə "Bazel" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Futbolçu burada 2013–2016-cı illər arasında 29 oyunda iştirak etmişdir. Bu müddət ərzində "Bazel" klubu ilə üç dəfə İsveçrə Superliqasının qalibi olmuşdur. "Bazel"in U21 komandasında isə, 53 oyunda meydana çıxaraq 3 qol vurmuşdur.
2015-ci ilin yanvar ayında Aliyi, "Bazel" klubu tərəfindən, Lixteynşteynin "Vaduz" klubuna icarəyə verilmişdir. "Vaduz" ilə 2014–15 mövsümündə Lixteynşteyn Kubokunu qazanmışdır.
2016-cı ilin iyul ayında, futbolçu, azad afent kimi, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" klubuna keçmişdir. Burada bir mövsüm ərzində 20 oyunda iştirak etmişdir.
Aliyi daha sonra İtaliyanın "Virtus Entella", Rumıniyanın "Dinamo Buxarest" və Macarıstanın "Budapeşt Honved" klublarında çıxış etmişdir. 2019–2022-ci illər arasında "Budapeşt Honved" ilə 33 oyunda iştirak etmiş və 2019–20 mövsümündə Macarıstan Kubokunu qazanmışdır.
2022-ci ildə Aliyi, Rumıniyanın "Voluntari" klubuna transfer olmuş və burada 61 oyunda iştirak etmişdir.
2024-cü ildə isə Albaniyanın "Dinamo Siti" klubuna keçmişdir.
Milli komanda Aliyi, karyerasının ilk illərində, yaşadığı, İsveçrənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. İsverçənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etdikdən sonra, 2015-ci ildə Albaniya milli komandasını seçmişdir. 13 iyun 2015-ci ildə Fransaya qarşı keçirilən yoldaşlıq oyununda Albaniya milli komandasında debüt etmişdir.
2016-cı ildə Aliyi, UEFA Avro 2016 turnirində Albaniya milli komandasının heyətində yer almışdır.
Uğurları
Klub Bazel
İsveçrə Superliqası: 2013–14, 2014–15, 2015–16 İsveçrə Kuboku: 2013–14 (finalçı)
Vaduz
Lixtenşteyn Kuboku: 2014–15
Budapeşt Honved
Macarıstan Kuboku: 2019–20
Dinamo Siti
Albaniya Kuboku: 2024–25
Fərdi "Bazel" klubunda ilin Gənc Futbolçusu: 2011, 2013
İstinadlar
Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İsveçrənin kişi futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:Dinamo Buxarest FK futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Rumıniyada legioner futbolçular Kateqoriya:Macarıstanda legioner futbolçular