Hindistan-Pakistan gərginliyi — 2025-ci il 7 maydan başlayan gərginlikdir.
7 may 2025-ci ildə Hindistanın Sindoor Opərasyonu (, ) kod adlı əməliyyatı ilə Pakistana raket zərbələri endirməsindən sonra Hindistan və Pakistan arasında döyüş başladı. Hindistan bəyan edib ki, əməliyyat aprelin 22-də Hindistanın Kəşmir əyalətində yaraqlılar tərəfindən həyata keçirilən Pahalqam hücumuna, əksəriyyəti turistlərdən ibarət 28 mülki şəxsin ölümünə cavabdır. Pahalqam hücumu daha geniş Kəşmir münaqişəsinin bir hissəsi olan 2025-ci ildə Hindistan-Pakistan qarşıdurmasına səbəb oldu.
Hindistanın məlumatına görə, raket zərbələri yaraqlı qruplaşmalar olan Ceyş-e-Məhəmməd və Ləşkər-e-Taibəni hədəfə alıb və Pakistanın heç bir hərbi obyekti hədəfə alınmayıb. Pakistanın məlumatına görə, Hindistan zərbələri mülki əraziləri, o cümlədən məscidləri hədəf alıb və nəticədə 31 pakistanlı mülki şəxs həlak olub.
Zərbələrə cavab olaraq Pakistan bir sıra Hindistan təyyarələrini vurduğunu və Hindistan infrastrukturuna ziyan vurduğunu iddia edib. Hindistan Pakistanın sərhədyanı artilleriya atəşi nəticəsində 15 hindistanlı mülki vətəndaşın həlak olduğunu bildirib.
İstinadlar
Həmçinin bax Hindistan-Pakistan qarşıdurması (2025)
Kateqoriya:Hindistan–Pakistan münasibətləri Kateqoriya:Kəşmir münaqişəsi Kateqoriya:2025-ci ildə hava zərbələri