Azərbaycan Milli Hökumətinin Milli Məclisinin nümayəndələri — 1945-ci ildə seçkilər nəticəsində formalaşmış Milli Məclis.

Haqqında 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, 39 nəfərlik Milli heyət yaradıldı.

1945-ci il noyabrın 27-dən dekabrın 1-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi Azərbaycan Milli Məclisinə seçkilər keçirildi.

Məclisin açılışı 1945-ci il dekabr ayının 12-də səhər saat 9:30-da Təbriz şəhərində 75 nəfər nümayəndənin iştirakı ilə açıldı. Nümayəndələrin 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilməyiblər. Bunlar Atəşxan Bəyat Maku, Bəhram Nəbi, Cəfər Kavian, Əbdülhüseyn Əhmədi, Əhməd Bəradərani Ahəngəri, Əhməd Səidi, Hacı Mustafa Davudi, Həsən Cövdət, Hüseyn Zövqi, Kərim Əhmədi, Qulamrza Cavidan, Qulamrza İlhami, Qulam Yəhya, Qulu Sübhi, Mahmud Turabi, Manaf Kərimi, Məmmədəli Müinzadə, Məmməd Əmin Azadvətən, Məmmədhüseyn Seyfiqazi, Mirzə Rəbi Kəbiri, Muradəli Teymuri, Mükərrəm Turabi, Sadıq Dilməqani, Şeyx Musa Kəyani, Vahab Billuriyan və Yusif Babacanyan idilər.

Məclisi seçilən nümayəndələrin ən yaşlısı olan Məhəmmədtağı Rəfii (Nizamüddövlə) açdı. Mir Cəfər Pişəvəri baş nazir təyin olundu.

Salamulla Cavid Daxili İşlər naziri, Cəfər Kaviyan Xalq Qoşunları naziri, Cavid Mehtaş Kənd Təsərrüfatı naziri, Məhəmməd Biriya Mədəniyyət və Maarif naziri, Həsən Urəngi Səhiyyə naziri, Qulamrza İlhami Maliyyə naziri, Yusif Əzima Ədliyyə naziri, Mirzə Rəbi Kəbiri Yol, Poçt və Teleqraf naziri, Rza Rəsuli Ticarət və İqtisad naziri, Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri, Firidun İbrahimi isə Baş prokuror təyin olundular.

İclasda həm də gizli səsvermə yolu ilə məclis nümayəndələrindən 9 nəfərlik Rəyasət Heyəti seçildi. Rəyasət heyətinə məclisin sədri Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, Məhəmmədtağı Rəfii, Həsən Cövdət, Məhəmməd Əzima, Mirrəhim Vilayi, Əsgər Dibaiyan, Sadıq Dilməqani və Muradəli Teymuri seçildilər.

"Azad millət" qəzetinin 1946-cı ildə çap olunmuş 18-ci sayında Milli Məclisə seçilən nümayəndələrin hansı sinifdən olduqları haqda məlumat verilib. Verilən məlumata görə Məclisə seçilən 101 nəfər nümayəndədən 16 nəfəri ziyalı, 15 nəfəri fəhlə, 14 nəfəri sənətkar, 12 nəfəri kəndli, 12 nəfəri mülkədar, 10 nəfəri tacir, 10 nəfəri qulluqçu, 8 nəfəri müəllim, 2 nəfəri fabrik sahibi, 2 nəfəri isə ruhani olub.

Siyahı Nümayəndə Şəkli Seçildiyi bölgə Haqqında Məclisdəki vəzifəsi Mir Cəfər Pişəvəri 100px|none Təbriz Mir Cəfər Mircavad oğlu Cavadzadə 1892-ci il-də Xalxal mahalının Zeyvə kəndində anada olub. Bakıda təhsil aldıqdan sonra bir müddət müəllimliklə məşğul olub. Ədalət Partiyasının, İran Kommunist Partiyasının və Azərbaycan Demokrat Partiyasının üzvü olub. Cəngəlilər hərəkatında iştirak edib. Siyasi fəaliyyətinə görə həbs olunub və 10 il 6 ay Qəsri-Qacar həbsxanasında məhkəmə qərarı olmadan saxlanılıb. Daha sonra isə sürgün olunub. Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Təbrizdən nümayəndə seçilib. 1945-ci il dekabrın 12-də qurulmuş Azərbaycan Milli Hökumətinin baş naziri seçilib. Milli Hökumətin baş naziri Salamulla Cavid Təbriz Həkim, siyasətçi, ədəbiyyatçı, Ədalət Partiyasının və Azərbaycan Demokrat Firqəsinın üzvü olub. Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Təbrizdən nümayəndə seçilib. 1946-cı ilin iyun ayında Azərbaycanın ostandarı təyin olunub. AMH dağıldıqdan sonra həbs olunub. Həbsdən çıxdıqdan sonra Tehranda gizli fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Bürosuna rəhbərlik edib. Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. Ömrünün son illərində ədəbiyyatla məşğul olub. Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyətinin qurulmasında iştirak edib. Ədəbiyyat və tibb sahələrində bir neçə kitabın müəllifidir. 1986-cı ildə Tehranda dünyasını dəyişib. Milli Hökumətin Daxili İşlər naziri Cəfər Kavian 100px|none Mərənd Cəfər Kavian 1895-ci ildə Təbrizdə anadan olub. 1908-ci ildə atası və qardaşı ilə birlikdə Səttar xanın rəhbərliyi ilə baş tutmuş Məşrutə hərəkatında iştirak edib. 1920-ci ildə Xiyabani hərəkatında, 1922-ci ildə isə Lahuti hərəkatında iştirak edib. İran Kommunist Partiyasının yaradılmasında iştirak edib. 1930-cu ilin sonlarında həbs olunub. 6 il 7 ay Qəsri-Qacar həbsxanasında tək nəfərlik kamerada cəza çəkib. 1937-ci ildə həbsdən azad olunduqdan sonra Zəncan şəhərinə sürgün edilib. 1941-ci ildə sürgündən azad olunaraq Təbrizə gedib. Tudə partiyasına üzv olub və Mərkəzi Komitənin üzvü seçilib. 1944-cü ilə qədər Təbrizdə müxtəlif təşkilatlarda fəaliyyət göstərib. "Ziddi-faşist", "Xalq partiyası" və "Azərbaycan Demokrat Partiyası"nın qurulmasında iştirak edib. Fədai dəstələrinə başçılıq edib və Təbrizin şah qoşunlarından təmizlənməsində iştirak edib.

1945-ci ildə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Milli Məclisinə Mərənddən nümayəndə seçilib. Cəbhədə olduğu üçün Məclisin ilk iclasında iştirak edə bilməyib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Mir Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olunub. 1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

Milli Hökumət dağıldıqdan sonra Bakıya mühacirət edib. 1953-cü ilə qədər Bakıda Azərbaycan Demokrat Firqəsinin fəaliyyətində iştirak edib. 1975-ci ilin yanvar ayında Bakıda dünyasını dəyişib. Milli Hökumətin Xalq Qoşunları naziri Cavid Mehtaş Həştrud Cavid Mehtaş 1914-cü ildə Təbrizdə anadan olub. Tehran Universitetini bitirdikdən sonra Birinci ostanın Baytarlıq İdarəsinin rəisi, daha sonra isə Üçüncü ostanın Əkinçilik və maldarlıq İdarəsinə rəis təyin olunub. 1941-ci ildə Tudə Partiyasına, 1945-ci ildə isə Azərbaycan Demokrat Partiyasına üzv olub. Keçirilən seçkilər nəticəsində Azərbaycan Milli Məclisinə Həştruddan nümayəndə seçilib. Azərbaycan Milli Hökumətinin Kənd Təsərrüfatı naziri təyin olunub. Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı yaradılmış komissiyanın üzvü olub. Nazir olduğu dövrdə Milli Məclis tərəfindən 1946-cı il fevralın 27-də dövlət torpaq sahələrinin kəndlilər arasında bölüşdürülməsi haqda dekret qəbul edildi. İslahat nəticəsində 1 milyona yaxın kəndli torpaqla təmin edildi. Bir çox vergilər ləğv olundu. 1946-cı il iyunun 13-də İran və Azərbaycan Milli Hökumətinin arasında bağlanmış razılaşmaya əsasən Təbriz şəhərinin fərmandarı təyin olunub. AMH dağıldıqdan sonra şah qoşunları tərəfindən həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur. Milli Hökumətin Kənd Təsərrüfatı naziri Məhəmməd Biriya 100px|none Təbriz Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Təbrizdən nümayəndə seçilib. Milli Hökumətin Mədəniyyət və Maarif naziri Həsən Urəngi - Həsən Urəngi 1910-cu ildə Təbrizdə anadan olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. Azərbaycan Milli Hökumətinin Səhiyyə naziri təyin olunub. Səhiyyə naziri olduğu dövrdə 35 xəstəxana, poliklinika, ambulatoriya tikildi. Kəndlərdə 38 tibb məntəqəsi yaradıldı. Xəstəxana çarpayılarının sayı 800-ə, həkimlərin sayı isə 200-ə çatdırıldı. Tibb bacıları hazırlamaq üçün Təbrizdə üç illik Tibb texnikumu açılıb. Orta tibb işçiləri hazırlamaq üçün 5–6 aylıq kurslar açılıb. Milli Hökumət dağılana qədər bu kursları 120 tibb işçisi bitirmişdi. 1947-ci il yanvarın 16-da şah qoşunları tərəfindən həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur. Milli Hökumətin Səhiyyə naziri Qulamrza İlhami 100px|none Təbriz Qulamrza İlhami 1904-cü ildə Təbriz şəhərində anadan olub. 1934-cü ildə İsfahanın, 1944-cü ilin aprel ayından 1945-ci ilin oktyabr ayınadək isə Təbriz şəhərinin meri olub. Təbriz şəhərində demokratlara loyal münasibət bəslədiyi üçün Tehrana çağırılıb və vəzifəsindən kənarlaşdırılıb. Azərbaycan Demokrat Partiyasının üzvü olub və Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Təbrizdən nümayəndə seçilib. Cəbhədə olduğu üçün Milli Məclisin ilk iclasında iştirak edə bilməyib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycana mühacirət edib. 1953-cü ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransında firqənin təftiş komissiyasına üzv seçilib. Milli Hökumətin Maliyyə naziri Yusif Əzima Sərab Yusif Əzima 1911-ci ildə Təbrizdə anadan olub. İxtisasca hüquqşünas olub. Tudə partiyasının üzvü olduqdan sonra İran Milli Məclisinə keçirilən XIV seçkilərdə Urmiyadan namizəd olub. Daha sonra Azərbaycan Demokrat Partiyasına üzv olub. 1945-ci il noyabr-dekabr aylarında keçirilmiş seçkilər nəticəsində Azərbaycan Milli Məclisinə Sərabdan nümayəndə seçilib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Ədliyyə naziri təyin olunub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Yusif Əzimanın həyatı ilə bağlı fikirlər müxtəlifdir. Bəzi məlumatlara görə Yusif Əzima şah qoşunları tərəfindən həbs olunub, 1948-ci ildə isə həbsdən buraxılıb. Başqa məlumatlara görə isə Milli Hökumət dağıldıqdan sonra öldürülüb. Milli Hökumətin Ədliyyə naziri Mirzə Rəbi Kəbiri 100px|none - Cəbhədə olduğu üçün Milli Məclisin ilk iclasında iştirak edə bilməyib. Milli Hökumətin Yollar, Poçt və Teleqraf naziri Rza Rəsuli 100px|none Təbriz Rza Rəsuli 1892-ci ildə Təbrizdə anadan olub. Təhsilini bitirdikdən sonra İran Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə xidmət edib. Daha sonra Marağa şəhərinin meri təyin olunub. 1942-ci ildə Təbrizə dəvət olunub və Təbriz bələdiyyəsində işləməyə başlayıb. 1945-ci ildə Azərbaycan Demokrat Partiyası yaradıldıqdan sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının üzvü olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Ticarət və İqtisadiyyat naziri təyin olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Rza Rəsuli təqiblərdən qurtulmaq üçün 2 il Təbrizdə gizlənib. Gizləndiyi dövrdə öz xatirələrini qələmə alıb. 1948-ci ildə 5 il həbs cəzasına məhkum edilib. 1949-cu ilin noyabr ayında əfv olunub və azadlığa buraxılıb.

1984-cü ildə Tehranda vəfat edib. Rey şəhərində İmamzadə Abdulla qəbiristanlığında öz atasının və oğlunun yanında dəfn olunub. Milli Hökumətin Ticarət və İqtisad naziri Hacı Mirzə Əli Şəbüstəri 100px|none Təbriz Mirzə Əli Şəbüstəri 1898-ci ildə Şəbüstərdə anadan olub. 1916-cı ildə qurulmuş Ədalət Partiyasının üzvü olub. 1920-ci ildə Təbrizdə baş vermiş Xiyabani hərəkatında iştirak edib. Hərəkat dağıldıqdan sonra ona Təbrizi tərk etmək qadağan edilib və yaşadığı dövrdə daim təqib olunub. 1941-ci ildə yaradılmış "Azərbaycan" cəmiyyətinin sədri olub. Azərbaycan Demokrat Partiyasının Təşkilat Komitəsinin üzvü və Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il noyabrın 20-də fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Milli Məclisinin sədri seçilib. Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Təbrizdən nümayəndə seçilib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Mirzə Əli Şəbüstəri Milli Məclisin sədri seçilib.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah qoşunları tərəfindən həbs olunaraq Tehrana aparılıb və ev dustaqlığında saxlanılıb. 1947-ci ilin iyunun 7-də həbsdən azad olunub. Həbsdən çıxdıqdan sonra bir müddət Şirazda yaşayıb. 1948-ci ilin fevral ayında Şirazdan Tehrana gətirilib və yenidən həbs olunub. 1948-ci ilin aprel ayında Salamulla Cavidlə birlikdə 2 il həbs cəzasına məhkum olunub. 1948-ci ilin iyul ayında həbsdən azad olunub. Sonrakı həyatı haqda məlumat yoxdur. Milli Məclisin sədri Zeynalabidin Qiyami 100px|none Təbriz Zeynalabdin Qiyami 1891-ci ildə Təbrizdə anadan olub.Məşrutə hərəkatında iştirak edibSəttar xanla birlikdə Tehrana gedən 70 fədaidən biri olub. Göstərdiyi şücatə görə Milli İdarə Heyəti tərəfindən "Salar Zəfər" adını alıb.Məhəmmədəli şah Qacar hakimiyyətdən getdikdən sonra Hüquq və siyasi biliklər məktəbində ali təhsil alıb. Süleyman mirzə İskəndərinin rəhbərlik etdiyi Demokrat Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edib.