Mohi döyüşü (, , , ) — 1241-ci ilin 11 aprelində Macarıstan krallığı ilə Monqol imperiyası arasında baş vermiş həlledici və dağıdıcı qarşıdurma. XIII əsrin ən faciəli və dramatik hadisələrindən biri olmaqla yanaşı, Avropanın monqol istilası qarşısındakı müdafiə imkanlarını da sınamışdır.(the University of Michigan)(the University of Michigan) Macar kralı IV Bela rəhbərliyindəki ordu ilə, Batı xan və məşhur monqol sərkərdəsi Sabutayın komandanlığı altında hərəkət edən monqol ordusu arasında baş vermiş bu döyüş, Avropada böyük sarsıntı yaratmışdır.Sverdrup, pp. 114–115, citing Rashid al-Din's chronicles, 1:198, 2:152. Rashid Al-Din's figures give Batu and Subutai about 40,000 horsemen total when they invaded Central Europe in 1241 (including Turkic auxiliaries recruited since the conquest of Rus), divided into five columns (three in Hungary, one in Transylvania, and one in Poland). He proceeds to say that while the nominal total of the Mongol force in Hungary was 30,000, the effective total on the field at Muhi would have been between that number and 15,000, close to the latter.

Tarixi Döyüş Macarıstanın Mohi kəndi yaxınlığında, Şayo (Sajó) çayı sahilində baş tutmuşdur. The Mongols and the Islamic World, ed. Peter Jackson, (Yale University Press, 2017), 132.The Penguin Atlas of Medieval History, ed. Colin McEvedy, (Penguin Books, 2014), 64.Monqollar Macarıstana bir neçə istiqamətdən hücum edərək ölkənin müdafiəsini zəiflətmiş, əhali arasında təşviş yaratmışdılar. IV Bela ölkənin müxtəlif bölgələrindən əsgərlər toplayaraq böyük bir ordu ilə düşmənə qarşı çıxmağa qərar verdi. O, ordugahını Şayo çayı yaxınlığında qurdu və burada monqolların hücumuna qarşı mövqe tutmuşdur. Monqollar isə qeyri-ənənəvi və ağıllı hərbi taktikalar tətbiq edirdilər. Sabutay düşməni aldatmaq məqsədilə Macar düşərgəsini birbaşa hücum etmədən əhatəyə almışdır və bir neçə gün ərzində psixoloji təzyiq göstərmişdir. Nəhayət, 1241-ci ilin aprelin 11-də gecəyarısı monqol ordusu qəfil hücuma keçmişdir. Onlar körpünü tutaraq macar ordusunun müdafiəsini yarıb düşərgəyə girdilər. Bu, macarlar üçün ağır bir məğlubiyyətlə nəticələnmişdir. Döyüş zamanı Macar ordusu düzgün təşkilatlanmamışdı və əsgərlərin çoxu feodal mülklərdən toplanmış təcrübəsiz döyüşçülər idi. Monqollar isə yüksək səviyyədə koordinasiyalı, sürətli və dəqiq hücumlarla tanınırdılar. Onların taktikasına atlı oxçuların istifadəsi, süni geriçəkilmə və düşməni əhatəyə alma kimi metodlar daxil idi. Mohi döyüşündə bu taktikaların hər biri istifadə olundu və Macar ordusu tamamilə məhv edilmişdir.

Kral IV Bela döyüş meydanından çətinliklə canını qurtardı və Adriatik dənizi sahillərinə — Dalmatiyaya qaçmışdır. Monqollar Budaya qədər irəlilədilər və ölkəni viran qoydular.Świętosławski, Witold. The Organization of the Mongols' War Expeditions, 35–6. Şəhərlər, kəndlər, monastırlar dağıdıldı, minlərlə insan qətlə yetirildi. Macarıstan bu döyüşdən sonra uzun illər özünə gələ bilmədi və əhalisinin böyük bir hissəsini itirmişdir. Ölkənin iqtisadi və sosial strukturu sarsılmışdır. Gustav Strakosch-Grassmann, Der Einfall der Mongolen in Mitteleuropa in den Jahren 1241 und 1242 (Innsbruck, 1893), 68–101.Monqolların bu uğuru Avropada vahimə yaratdı. Almaniyadan İtaliyaya qədər bütün Avropa dövlətləri yeni bir istilaya hazırlaşmağa başladılar.Sverdrup, Carl. "The Military Operations of Genghis Khan and Sube'etei." Helion and Company (May 4, 2017). Page 318. Lakin 1242-ci ildə Monqol xaqanı Ugedeyin vəfatı nəticəsində Batı xan geri dönmək məcburiyyətində qaldı və Avropa bu dəfəlik genişmiqyaslı monqol istilasından qurtulmuşdur. Lakin Mohi döyüşü Avropaya monqolların nə qədər təhlükəli və güclü olduğunu açıq şəkildə göstərdi. The Mongol Invasion of Hungary , Martyn Rady,Medieval World, vol. November-Dec, (1991), 46.J.J. Saunders, The History of the Mongol Conquests, (University of Pennsylvania Press, 2001), 222.

Nəticə etibarilə, Mohi döyüşü təkcə Macarıstan üçün deyil, ümumilikdə Avropa üçün ciddi xəbərdarlıq olmuşdur. Bu hadisə Macarıstan kralını ölkəni yenidən qurmağa və güclü qalalar inşa etməyə vadar etmişdir. (the University of Michigan)IV Bela sonrakı illərdə ölkədə bir sıra islahatlar həyata keçirmişdir. Mohi döyüşü tarixdə təkcə bir məğlubiyyət kimi deyil, həm də Avropa müdafiəsinin dönüş nöqtəsi kimi dəyərləndirilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

by Timotheus

Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Monqol imperiyası Kateqoriya:Macarıstandakı döyüşlər