''Variety'' — "Penske Media Corporation" şirkətinə məxsus ABŞ əyləncə sənayesinin jurnallarından biri. Teatr və vodevil mövzularında məlumat verən həftəlik qəzet olaraq 1905-ci ildə Nyu-Yorkda Sim Silverman tərəfindən təsis edilmişdir. Kino sənayesinin əhəmiyyətinin artması ilə kinematoqrafiya sahəsini əhatə etmək məqsədilə 1933-cü ildə Los-Ancelesdə "Daily Variety" adlı gündəlik buraxılış işıq üzü görmüşdür. 1998-ci ildə Daily Variety Gotham adlı jurnalın Nyu-Yorkda çap edilməsinə başlanmışdır. Hər üç jurnalın çapı bu gün də davam etdirilir. Nəşrin rəqəmsal platforması əyləncə aləmindən xəbərləri, tənqidi yazıları, kinoteatrların gəlir göstəricilərini oxuculara təqdim edir. Bundan əlavə saytda film yaradıcı heyətinin məlumat bazası, istehsal qrafikləri, kinematoqrafiya təqvimi kimi zəngin resurslar cəmləşmişdir.

Jurnal Reed Elsevierin bir bölməsi olan Reed Business Information şirkətinə məxsusdur. Bu şirkət üç jurnalın və vebsaytın sahibidir.

Əvvəllər Paramount Pictures və The New York Times jurnallarında fəaliyyət göstərmiş olan Piter Bart iyirmi il ərzində jurnalın baş redaktoru vəzifəsində işləmişdir. 2009-cu ilin aprel ayında isə Bartın "vitse-prezident və baş redaktor" vəzifəsinə gətirildiyi elan edilmişdir. Jurnalın hal-hazırkı redaktoru Timoti M. Qreydir.

İstinadlar

Biblioqrafiya The 563-page book gives a detailed history of the newspaper (it was never called a "magazine" under the Silvermans) from its birth in 1905 to its sale in 1987. Sime's Site a web site run by Peter Besas, Ian Watkins, for ex-Variety employees from the pre-Cahners, pre-corporate, Silverman era.

Xarici keçidlər

Variety (1905–present) at the UCLA Library Variety (1907–1964) from Media History Digital Library at the Internet Archive

Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:Nyu-Yorkda nəşr olunan jurnallar Kateqoriya:Həftəlik jurnallar