thumb|7 dekabr 2018-ci ildə "Akita Shoten" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personajlar: Anna Yamada (solda) və Kyotaro İçikava (sağda).|200px "The Dangers in My Heart" Norio Sakuray tərəfindən yazılan və çəkilən manqa seriyasıdır. Manqa seriyası 8 mart 2018-ci ildən "Akita Shoten" nəşriyyatının "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır. 10 aprel 2018-ci ildə "Champion Cross" manqa saytına köçürülmüşdür. 10 iyul 2018-ci ildən "Champion Cross" və "Champion Tap!" saytları birləşdirilməsi ilə yaradılmış "Manga Cross" saytında serializasiya olunur. Manqanın ilk tankobon cildi 7 dekabr 2018-ci ildə nəşr olunmuşdur. 8 yanvar 2026-ci ilə qədər 13 tankobon cildi buraxılmışdır. Manqanın individual fəsilləri "karte" adlanır. Manqa 2020-ci ildə Növbəti Manqa Mükafatının veb-manqa kateqoriyası üzrə qalibi olmuşdur.
Manqa seriyası sinfin çunibyo və tənha şagirdi Kyotaro İçikava ilə sinfin ən populyar qızı Anna Yamada arasında yaranan romantik münasibətlərdən bəhs edir. Kyotaro İçikava vaxtının çoxunu cinayət ensiklopediyaları oxuyaraq keçirir. O, sinfin ən populyar və gözəl qızı olan, modellik və aktrisalıq ilə məşğul olan Anna Yamadanı "öldürməyin" fantaziyasını qurur. Lakin Yamadanı müşahidə etdikcə əslində onun da qəribə bir qız olduğunu görür. Yamada gizlicə yemək yemək üçün məktəb kitabxanasına gəlməyə başlayanda onlar arasında gözlənilməz romantik münasibətlər inkişaf etməyə başlayır.
"Twi-Yaba" adlı spin-off manqası müxtəlif qısa hekayələr kolleksiyasından ibarətdir və Sakurayın rəsmi "Twitter" hesabı vasitəsilə yayımlanır. Manqanın adı "Twitter" və "Yabai" sözlərinin birləşməsindən ibarətdir. Kyotaronun böyük bacısı Kanadan bəhs edən spin-off manqası "The Dangers in My Heart: The Romantic Comedy Won't Start" 22 iyul 2025-ci ildə serializasiya olunmağa başlamışdır.
"Shin-Ei Animation" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023-cü ildə, ikinci mövsümü 2024-cü ildə yayımlanmışdır. Üçüncü mövsüm 2027-ci ilə buraxılacaq. 2024-cü ildə "Media Factory" nəşriyyatı tərəfindən spin-off ranobesi buraxılmışdır.
Cild siyahısı
The Romantic Comedy Won't Start
İstinadlar
Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları