Kefli İsgəndər – yazıçı Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət Ölülər pyesinin baş qəhrəmanlarından biri.
Personajın təsviri İsgəndər 25 yaşlı, müasir geyimli, oxumuş, həmişə içkili olduğuna görə "kefli" ləqəbi almış bir gəncdir. O kəndə gələn Şeyx Nəsrullahın "ölü diriltmə" yalanına inanmır və daim onu ifşa edir.
İstinadlar
Kateqoriya:Personajlar Kateqoriya:Ədəbi personajlar Kateqoriya:Cəlil Məmmədquluzadə