Fil Adam — 1977-ci ildə Bernard Pomerans tərəfindən yazılmış pyesdir.
Pyes birinci dəfə 1977-ci ildə Londonun Frinq Teatrında Foco Novo qrupu tərəfindən tamaşaya qoyularaq tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış və 1979-cu ildə Brodveydə tamaşaya qoyulmuş və burada da uzun bir müddət müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Növbəti ildə isə Devid Linç tərəfindən eyniadlı filmə adaptasiya edilmişdir. Bu pyes Türkiyənin də bəzi teatrlarında tamaşaya qoyulmuşdur.2016 Sezonunda Tiyatro Küp tarafında sahnelendi. Halen aktif olarak oynanmaktadır. Fil Adam
Pyesin mövzusu real həyat hekayəsinə əsaslanır. Tamaşanın baş qəhrəmanı olan Cozef Merrik, Viktoriya İngiltərəsində yaşamış "neyrofibromatoz" xəstəsidir və fiziki nöqsanlarına görə təbiətin yaratdığı qəribə bir məxluq kimi görünmüş və işbazlar tərəfindən gəlir əldə etmək məqsədilə ictimaiyyətə nümayiş etdirilmişdir. Merrik, anatomist Dr. Frederik Trevis tərəfindən işbazların əlindən xilas edilərək London Xəstəxanasına yerləşdirilmişdir. Bununla bərabər yenə də alimlərin və ictimaiyyətin diqqətini cəlb etməyə davam etmişdir. Con Merrikin real həyat hekayəsinə əsaslanan Promerans cəmiyyətin əlilliyindən və Dr. Trevisin daxili dünyasının şikəstliyindən bəhs edən pyes yazmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Brodvey pyesləri Kateqoriya:1977-ci ilin pyesləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş pyeslər Kateqoriya:Toni mükafatı qazanmış pyeslər Kateqoriya:Real şəxslərə əsaslanan pyeslər Kateqoriya:İngiltərə haqqında pyeslər Kateqoriya:XIX əsr haqqında pyeslər