Lukretsiya Marinella (; ) — venetsiyalı yazıçı, şairə, filosof, polemist və qadın hüquqlarının müdafiəçisi. Ən çox tanınan əsəri "Qadınların nəcibliyi və kamilliyi, kişilərin isə qüsurları və eyibləri haqqında" traktatıdır. Cəmiyyətin qadınlara baxışı ilə bağlı qadın tərəfindən yazılmış ilk polemik əsərlərdən biri hesab olunur.
Bioqrafiyası Lukretsiya Marinella Venesiyada anadan olmuşdur.Marinella, Lucrezia, and Anne Dunhill. 1999. The Nobility and Excellence of Women and the Defects and Vices of Men. Chicago: University of Chicago Press. (pg.3) Onun atası Covanni Marinelli həkim idi və qadın sağlamlığına dair tibb əsərləri yazmışdı. Lukretsiya atasının sayəsində biologiya, tibb, fəlsəfə sahəsində geniş biliklər əldə etmiş, həmçinin latın və italyan ədəbiyyatı ilə yaxından tanış olmuşdur.Marinella, Lucrezia, and Stampino MG. 1998. Enrico; or Byzantium Conquered: A Heroic Poem. Chicago: University of Chicago Press (pg.4) O, gec yaşda həkim Cirolomo Vakka ilə evlənmişdir. Müasirləri Marinellanı yüksək təhsilli, istedadlı bir qadın kimi xarakterizə edir, onun təkcə ədəbi bacarıqlarını deyil, həm də musiqi qabiliyyətini və natiqliyini vurğulayırdılar. Marinellanın ilk əsəri "Müqəddəs Kolomba" adlı xristian mövzusunda poemadır. Daha sonra "Qadınların nəcibliyi və kamilliyi, kişilərin isə qüsurları və eyibləri haqqında" adlı polemik traktatını yazmışdır. O, həmçinin Müqəddəs Məryəm, Müqəddəs Fransisk Assizili və şəhid İustinaya həsr olunmuş poemalar, "Arkadya" pastoralı və bir sıra sonetlər və madrigallar yazmışdır. Marinellanın ən məşhur əsərlərindən biri isə "Enriko və ya Bizansın fəthi" adlı qəhrəmanlıq poemasıdır ki, bu da Torquato Tasso üslubunda yazılmışdır.Marinella, Lucrezia, and Anne Dunhill. 1999. The Nobility and Excellence of Women and the Defects and Vices of Men. Chicago: University of Chicago Press.(pg. 3)
"Qadınların nəcibliyi və kamilliyi..." Əsər o dövrdə Avropada davam edən "qadınlar mübahisəsinə" cavab olaraq yazılmışdır. Marinella bu traktatında qadınların kişilərdən üstün olduğunu sübut etməyə çalışır. O, Cuzeppe Passinin "Qadınların qüsurları" adlı qadınları aşağılayan əsərinə cavab olaraq yazdığı bu traktatda qadınların mənəvi üstünlüyünü, kişilərin isə əxlaqi zəifliyini vurğulayır. Aristotel və neoplatonizmin ideyalarını birləşdirərək, qadını Tanrının ağlında mövcud olan mükəmməl bir ideyanın təcəssümü kimi təqdim edir.Marinella, Lucrezia, and Anne Dunhill. 1999. The Nobility and Excellence of Women and the Defects and Vices of Men. Chicago: University of Chicago Press.(pg. 1) Lukretsiya Marinella qadın haqları və feminizm tarixi üçün mühüm fiqurlardan biri hesab edilir.
İstinadlar
Ədəbiyyat Luca Piantoni, Mirabile cristiano ed eloquenza sacra in Lucrezia Marinelli, in Poesia e retorica del Sacro tra Cinque e Seicento, a cura di Elisabetta Selmi, Erminia Ardissino, Alessandria, Edizioni Dell'Orso, 2009, pp. 435–445.
Xarici keçidlər Lucrezia Marinella: gynocentrism in 1600 Lucrezia Marinella Vacca at The Literary Encyclopedia (Images) http://www.projectcontinua.org/wp-content/uploads/2014/01/Lucrezia-Marinelli-183x300.jpg Querelle | Lucrezia Marinella Querelle.ca is a website devoted to the works of authors contributing to the pro-woman side of the querelle des femmes.
Kateqoriya:İtaliyanın qadın şairləri Kateqoriya:İtalyan dilində yazan şairlər Kateqoriya:İtalyan yazıçılar Kateqoriya:XVI əsr İtaliyanın qadın yazıçıları Kateqoriya:Feminizm Kateqoriya:XVII əsr filosofları