Bişr əl-Həfi () və ya Əbu Nəsr Bişr ibn Haris ibn Əbdirrəhman ibn Ata ibn Hilal əl-Hafi əl-Mərvəzi () — sufi və mühəddis. Ayaqyalın gəzdiyi üçün "Həfi" ləqəbi ilə məşhurlaşmışdır. Fudeyl ibn İyadın müasiri olmuşdur.
Bioqrafiyası 767-ci ildə (və ya 769) Mərvdə anadan olmuşdur. Mərvin hörmətli ailələrindən birinə mənsub olan Bişr, dini təhsil aldıqdan sonra hədis sahəsinə yönəlmişdir. Hədis elmində dövrün qabaqcıl mühəddisləri sırasına yüksəlmişdir. Malik ibn Ənəs, Şərik ibn Abdullah, Həmmad ibn Zeyd, İbrahim ibn Səd, Fudeyl ibn İyad və Abdullah ibn Mübarək kimi mühəddislərdən hədis öyrənmişdir. Əhməd ibn Hənbəl, Əbu Heysəmə Züheyr ibn Hərb, Əhməd əd-Dəvraqi və İbrahim əl-Hərbi kimi alimlər də ondan hədis rəvayət etmişdir. Darəqutni onun "siqa" olduğu qeyd etmişdir.
Mənbələrin verdiyi məlumata görə Bişr bütün kitablarını basdıraraq sufiliyə yönəlmişdir. Dayısı Əli ibn Hərşəmin söhbətlərində iştirak etmiş, dövrün sufiləri Fudeyl ibn İyad, Səri əs-Səqati, Əhməd ibn Asim əl-Antaki, Əbu Əli əl-Cüzcani və Əbu Səid əl-Hərrəzlə görüşmüşdür.
Mənbələrin verdiyi məlumata görə Bişr yolda palçığa bulanmış, üzərinə "Bismillah" yazılmış bir kağız tapır. Kağızı evinə ararıb böyük ehtiramla təmizlədikdən sonra divarından asır. Gecə yuxusunda ona Allahın adına göstərdiyi bu ehtiramın müqabilində, onun adına da dünya və axirətdə ehtiram göstəriləcəyi bildirilir. Bundan sonra ona zöhd və sufilik yolu açılır.
Mənbələrin yazdığına görə bu yuxudan sonra onun insanlar arasındakı hörməti artmış, adı peyğəmbər adı kimi hörmət görmüşdür. Bəzi sufi mənqibələrində onun axirətdəki dərəcəsinin əş-Şafii, Əhməd ibn Hənbəl kimi alimlərin dərəcələrindən üstün olduğu yazılmışdır.
Bişrə "əl-Həfi" (ayaqyalın) ləqəbi verilməsi haqqında üç müxtəlif rəvayət vardır:
Hücvirinin dediyinə görə, o bütünlüklə müşahidə (adi gözün görmədiyi şeyləri görmək) halında olduğu üçün ayağına heç nə geyməmişdir. Əttarın dediyinə görə, o, "Sizin üçün yer üzünü döşədi" ayəsinə işarə edərək, "Allah tərəfindən döşənmiş yerdə ayaqqabı ilə gəzə bilmərəm" deyərək ayaqyalın gəzməyi üstün tutmuşdur. İbni-Müləqqinin verdiyi məlumata görə, bir pinəçinin ona "Ayaqqabılarını təmir etmək üçün insanlara çox əziyyət verirsən!" — demişdir. Bu ifadədən sonra ayaqabıları götürüb ataraq ayaqyalın gəzməyə başlamışdır.
Fikirləri Bişrə görə sufilər üç qrupa bölünür:
qrup heç kimdən heç nə istəməyənlərdir, onlara ruhani deyilir. qrup sufilər o kəslərdir ki, heç nə istəməyib, verilən zaman onu qəbul edirlər; Bunlara orta hallı (mütəvassit) deyilir. Belə insanlar təvəkküllə rahatlıq tapırlar. qrup isə ibadətlə məşğul olur, ruzisini Allahdan gözləyir və nəfslərinə qalib gəlməyə çalışırlar.
Bişr "Quran məxluqdur və ya deyildir" məsələsində Əhməd ibn Hənbəli dəstəkləmişdir. Eyni zamanda onun dəstəklədiyi "iman — iqrar, təsdiq və əməldir" fikrini də dəstəkləmişdir.
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:İslam filosofları Kateqoriya:Müsəlman teoloqlar