Əyrik — Azərbaycan Respublikasının Laçın rayonunun Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır.
Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri