Haqnəzər (Haqnəzərdərəkənd) — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qarabağ silsiləsinin yamacındadır. Kəndin keçmiş adı Haqnəzərdərəkənd olmuşdur. Yaşayış məntəqəsini Ərdəşəvə kəndindən köçüb gəlmiş ailələr salmışlar. Haqnəzər orada ilk dəfə məskunlaşmış şəxsin adıdır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri