Turbyorn Yaqland (; doğum adı ; ) — Norveç dövlət və siyasi xadimi, 1 oktyabr 2009-cu ildən Avropa Şurasının baş katibi, 1 yanvar 2009-cu ildən Norveç Nobel Komitəsinin sədri, 1996–1997-ci illərdə Norveçin baş naziri, 2005–2009-cu illərdə Norveç parlamenti — Stortinqin sədri, sosialist.
Həyatı Turbyorn Yaqland 1950-ci il noyabrın 5-də Drammend anadan olub. Siyasi karyerası dövründə müxtəlif postlarda çalışan Yaqland 1996–1997-ci illərdə Norveç hökumətinə rəhbərlik edib. Yens Stoltenberq hökumətində 2000–2001-ci illərdə xarici işlər naziri vəzifəsini tutan Turbyorn Yaqland 2005–2009-cu illərdə parlamentin sədri olub. 1992–2002-ci illərdə Norveç Fəhlə Partiyasına sədrlik edən Yaqland ölkənin Avropa İttifaqına qoşulmasının aktiv tərəfdarlarından hesab olunur. O həmçinin Norveç Nobel Komitəsinin sədridir. 29 sentyabr 2009-cu ildə Avropa Şurasının baş katibi seçilib.
İki övladı var.
İstinadlar
Xarici keçidlər Avropa Şurasına yeni baş katib seçilib
Kateqoriya:Norveç baş nazirləri