Ağ İlan əfsanəsi — Syuy Syan adlı bir insanla Bay Suçjen adlı qadın ilan ruhunun sevgi hekayəsi ətrafında qurulmuş çin əfsanəsidir. Bu əfsanə, Çinin "Dörd Böyük Xalq Əfsanəsi"ndən biri hesab olunur. Digər əfsanələr bunlardır: Men Tszyan Qadının Əfsanəsi, Kəpənəklərin Əfsanəsi, Çoban və Toxucu Qız.

İlkin versiyalar

Qərb Gölündəki Üç Daş Paqodası Ağ ilan motivi mümkün ola bilsin ki, Hind folklorundan gəlir. Əfsanənin ilk versiyalarında ağ ilan şər kimi qəlb olunmuşdu. Lakin zamanla bu hekayə qorxu nağılından qadağan olunmuş sevgi haqqında romantik bir hekayəyə çevrildi.

Tan sülaləsinin dövründə (IX əsr) yazılmış Boyyi çji (; "Qeyri-adi hadisələr haqqında geniş qeydlər") kolleksiyasında "Li Huanq" adlı bir çuançi hekayəsi vardır. Burada Li Huanq adlı bir adam ağ geyinmiş cazibədar bir qadınla tanış olur. Qadının xalası isə yaşıl-mavi geyinir. O, bu gözəl qadınla bir yerdə olur, amma evinə döndükdən sonra şiddətli şəkildə xəstələnir və bədəni suya çevrilir. Ailəsi onu tapmaq istəyir və araşdırma aparır. Nəhayət, qadının nəhəng ağ ilan olduğunu kəşf edirlər.

Min sülaləsinin dövründə, 1547-ci ildən əvvəl Hon Pyan () adlı bir yazar tərəfindən "Qərb Gölündəki Üç Daş Paqodası" adlı kitab nəşr edilib. Bu hekayə ilk dəfə olaraq əfsanənin Cənub Sonq paytaxtı Linan (müsasir Hançjou) ətrafında baş verdiyini göstərir. Hekayədə Si Syuantszan adlı bir adam varlı bir qadınla tanış olur. Amma qız ona anasının sevgililərini öldürdüyünü deyir. Nəhayət, Daoist ruhanisi bu qadını ağ ilan kimi ifşa edir və onu sıxışdırmaq üçün Qərb Gölündə üç daş paqoda tikir.

Sin sülaləsi mətnləri Sin sülaləsində (1644–1911) Ağ İlan haqqında bir çox əsər yazılmışdır. 1738-ci ildə Huan Tubi () "Leyfen Paqodası" adlı çuanqi pyesini yazmışdır. Daha sonra 1777-ci ildə Fan Çenqpey () tərəfindən yeni "Leyfen Paqodası" pyesi yazılmışdır.

Bütün bu mənbələrdə, Ağ İlan mərhəmətli, fədakar və sevgi dolu biri kimi təqdim olunur. Lakin Fahai isə daha qəddar bir obraz kimi göstərilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Fashion/art film starring Daphne Guinness, directed by Indrani. Legend of White Snake – Stage Performance from Penang, Malaysia Stories to Caution the World in Google Books Oregon Shakespeare Festival, 2012 production

Kateqoriya: Forma dəyişdirmə Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Çin ədəbiyyatı Kateqoriya:Çin mifologiyası