thumb|Qoca (babayka). Səmərqənd, 1905–1915. Foto: Sergey Prokudin-Qorski Babay və ya babayka ( — "baba") — slavyan folklorunda valideynlərin dəcəl uşaqlarını qorxutmaq üçün bəhs etdikləri qorxulu xəyali varlıq.
Bu xəyali varlıq, həmçinin Babayka (), Babayko () və ya Bobo () adlanır, baxmayaraq ki, bu termin onun qadın ekvivalentinə də şamil edilə bilər.
Təsviri Babay, bir qayda olaraq, ümumiyyətlə təsvir olunmur; uşaqlar onu öz xəyallarında qorxulu şəkildə təsəvvür edə bilirlər.
Şaparova,Шапарова Н. С. Краткая энциклопедия славянской мифологии. — : АСТ, 2001. Babayı dəcəl uşaqları yığdığı çanta və ya çuvalla gəzən, qara və əyri adam, çox vaxt mənfi ruhlara xarakterik olan fiziki qüsurlu (lal, qolsuz və ya topal) qoca kimi təsvir edir.
Babay adətən, yaramaz uşaqlar çarpayılarına yatdırıldıqdan sonra yataqlarından qalxmamaları üçün onlara valideynləri tərəfindən xatırladılır. Belə olan halda valideynlər Babayın çarpayının altında gizləndiyini, əgər yataqlarından qalxarlarsa onları aparacağını deyirlər:
Etimologiyası thumb|Polşanın Katovitse şəhərində Sileziyalı babokun müasir təsviri Vladimir İvanoviç Dalın "Rus dilinin izahlı lüğətində", "baba, babay" sözləri "baba, qoca; bəzən uşaq müqəvvası" mənasında izah olunur. Türk dillərində isə, xüsusən də qaraçay-balkarlarda babay uşaqları qorxutmaq üçün istifadə edilən: "babay getdi! "Babay səni aparacaq!" canavardır.
Dal qeyd edir ki, belə olduğu halda "babayka" (yəni yaşlı qadın) variantından istifadə etmək olar. İnternetdə yerləşdirilmiş V. Lutsenkonun "Ukraynalıların və onların əcdadlarının tarixi və etnogenezində türk faktoru" adlı araşdırmasında göstərilir ki, "baba", "qoca" mənasındakı bu söz rus dilində məhdud yayılmış dialektizmdir. Lutsenko sonralar Moskvada yaşamış, lakin bu sözü ilk dəfə yalnız Qazaxıstandakı ruslardan eşitmiş,; Kursk vilayətindən olan türkoloq İ. Q. Dobrodomovdan sitat gətirir. "Baba", "qoca" sözünün eyni mənasındakı "babay" sözünə Fima Jiqanetsin "Blatnıye jivaniya" əsərində də rast gəlinir:
A. İ. Qrişşenko və N. A. Nikolinanın "İfadəli etnonimlər düşmənçilik nitqinin əlamətləri kimi" məqaləsində rus uşaqlarının qorxu hekayələrində türkcə "babay" sözünün işlədilməsi etnik düşmənçiliyin təzahürü kimi qiymətləndirilir.
Populyar mədəniyyətdə Babay / Бабай (Babai) 2014-cü ildə Ukraynanın "Ukranimafilm" kinostudiyasında çəkilmiş uşaq animasiya filmidir. Ukraynanın "Ukranimafilm" kinostudiyasında 2015-ci ildə çəkilmiş cizgi film serialı.
İstinadlar
Ədəbiyyat
Шапарова Н. С. . "Краткая энциклопедия славянской мифологии". — : АСТ, 2001. Kateqoriya:Folklor personajları Kateqoriya:Evfemizmlər Kateqoriya:Ruhlar (mifologiya) Kateqoriya:Rusiya folkloru Kateqoriya:Ukrayna folkloru Kateqoriya:Slavyan mifologiyası