Syuzen Kanklin Əkbəri () — mediyevistdir (orta əsrlər dövrü tədqiqatçısıdır), orta əsrlər ədəbiyyatı tarixinə qlobal və müqayisəli yanaşması ilə tanınıb. O, 1995-ci ildən 2019-cu ilə qədər, Prinstondakı Təkmilləşdirmə İnstitutuna qatılana qədər Toronto Universitetində ingilis dili və orta əsrlər üzrə professor vəzifəsində işləyib.
Bioqrafiyası Syuzen Əkbəri 1984-cü ildə Cons Hopkins Universitetini bitirərək bakalavr dərəcəsi almışdır. 1989-cu ildə Kolumbiya Universitetində ingilis dili üzrə magistr dissertasiyasını müdafiə edib magistr dərəcəsi alıb. O eyni zamanda 1991-ci ildə Müqayisəli ədəbiyyat sahəsi üzrə fəlsəfədən magistr dərəcəsi almışdır. Məhz Müqayisəli ədəbiyyatt sahəsi üzrə də 1995-ci ildə fəlsəfə doktorluğu elmi adını almışdır. O, 1995-ci ildə Toronto Universitetində dərs deməyə başlamış və burada ingilis dili şöbəsində professor, həmçinin 2013-cü ildən 2019-cu ilə qədər Orta əsr araşdırmaları mərkəzinin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin iyul ayında Əkbəri Qabaqcıl tədqiqatlar institutuna qoşulmaq üçün Toronto Universitetini tərk edib.
Əkbərinin ilk monoqrafiyası — "Seeing Through the Veil" (Pərdə arasından görmək") (2004) — orta əsrlərdə təşbehlərdən istifadə edilməsini vizual qavrayışın ekstraksiya və ya intromissiya səbəbindən baş verməsinə görə orta əsr debatları ilə əlaqələndirir. Onun ikinci əsəri "Idols in the East" (Şərqdə bütlər) (2009) adlanır. Bu əsərində isə o, qərb xristian orta əsr yazılarının İslamı bütpərəstliklə əlaqələndirdiyi şərqşünaslığın tarixdən əvvəlki tarixini təqdim edir. Onun növbəti əsərindən biri də orta əsrlərdə Çinlə Avropa arasında İpək Yolu ticarət yolları boyunca kitab texnologiyalarının ötürülməsini öyrənmək üçün mühüm tədqiqat əsəri olan "Kitab və İpək Yolları" əsəridir. Bu əsər Endryu V. Mellon Fondunun qrant müsabiqəsi üçün təqdim edilmişdir.
Biblioqrafiyası Co-editor, Marco Polo and the Encounter of East and West, with Amilcare Iannucci, University of Toronto Press, 2008.Speculum 85 (2010): 357–58 Seeing Through the Veil: Optical Theory and Medieval Allegory, University of Toronto Press, 2004.Speculum 81.2 (2006): 463–64Studies in the Age of Chaucer 28 (2006): 271–73Medium Aevum 74.2 (2005): 333–34University of Toronto Quarterly 75.1 (2006): 233–34Notes and Queries n.s. 52.4 (2005): 525–27 Idols in the East: Representations of Islam and the Orient, 1100–1450, Cornell University Press, 2009.Speculum 85 (2010): 923–24Studies in the Age of Chaucer 32 (2010): 383–86Medium Aevum 79.1 (2010): 131–32Journal of Religion 91.1 (2011): 105–7Journal of Religious History 36 (2012): 313–15Review of Middle East Studies 50.1 (2016): 72–74 Co-editor, A Sea of Languages: Rethinking the Arabic Role in Medieval Literary History, with Karla Mallette, University of Toronto Press, 2013.Comparative Literature Studies 53.4 (2016): 833–37Common Knowledge 22.2 (2016): 317–18 Co-editor, The Ends of the Body, with Jill Ross, University of Toronto Press, 2013.University of Toronto Quarterly 84.3 (2015): 201–03Journal of English and Germanic Philology 114.3 (2015): 438–41Medieval Feminist Forum 49.1 (2013): 102–04 Editor, How We Write: Thirteen Ways of Looking at a Blank Page, Punctum Books, 2015. Co-editor, How We Read: Tales, Fury, Nothing, Sound, with Kaitlin Heller, Punctum Books, 2019. Co-editor, Oxford Handbook of Chaucer, with James Simpson, Oxford University Press, 2020. Co-editor, Norton Anthology of World Literature.
İstinadlar