Mari-Pyer Arno-Linde () — Roma tarixçisi və I Paris Panteon-Sarbonna Universitetində tarix professoru.
Təhsili Arno-Linde fəlsəfə doktoru dərəcəsini Paris I Panteon-Sarbonna Universitetində almışdır. Onun dissertasiya işi "Şərq tarixinin tədqiqi: "Tarixlər"in yaradılmasının mənbə və üsulları" adlanır. Onun doktorluq işində elmi rəhbəri Joël Le Qall olmuşdur.
Fəaliyyəti Mari-Pyer Arno-Linde Paris I Panteon-Sarbonna Universitetində Roma tarixi üzrə dosent vəzifəsində işləyib. O, 1967–1968-ci illərdə Puassidə Le Korbyuzye orta məktəbində tarix müəllimi olub.
Arno-Linde antik tarixçi Paulus Orosiusun (eramızın V əsrinin əvvəlləri) irsinin araşdırılması üzrə mütəxəssis idi. O, 5 kitab müəllifidir. Bu əsərlərin siyahısına Orosiusun "Paqanların düşmənlərinin tarixi" və Festusun "Breviarium" əsərlərinin tərcümələri də daxildir. R. A. Markus hesab edirdi ki, Arno-Linde Orosiusun əsərinin tərcüməsini düzgün və nəfis şəkildə tərtib etmişdir.
Biblioqrafiyası Histoires contre les païens (Paulus Orosius, Historiae adversus paganos) (Paris: Belles Lettres, 1990–91) 3 volumes Aide-mémoire (Lucius Ampelius, Liber memorialis) (Paris: Belles Lettres, 1993) L'Orose de Wrocław (Rehdigeranus 107) : sa composition et sa place dans la tradition manuscrite des Histoires d'Orose (Wrocław: Wydawnictwo Uniwersytetu Wrocławskiego, 1997) Histoire et politique à Rome, Les historiens romains, IIIe s. av. J.-C. — Ve s. av. J.-C. (Paris, Pocket, 2001) Synthèse thématique d'histoire romaine (Nantes: Editions du Temps, 2004) (with Bernadette Cabouret) L'Afrique romaine de 69 à 439 (Nantes: Temps, 2005)
İstinadlar