Bedia Ener Öztep () — türkiyəli aktrisa

Həyatı 1954-cü il iyunun 15-də İstanbulda anadan olub. Anası aktrisa Nedret Enerdir. Bedia Ener aktrisalıq karyerasına 1968-ci ildə başlayıb. 1970-ci ildə İstanbul Şəhər Teatrlarının heyətinə qatılıb. 17 yaşından səs aktyoru kimi fəaliyyət göstərmiş və səsi ilə Türkiyədə tanınmağa başlamışdır. Səsləndirmə sahəsindəki uğurlarına görə 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi, TÜRSAK və Mədəniyyət Şəhəri Vəqfi ilə birgə təşkil edilən mükafatlandırma mərasimində mükafata layiq görülüb.

Yarpaq tökümü, Bir zamanlar Osmanlı və digər seriallarda yer alıb. 2006–2010-cu illərdə yayımlanan "Yaprak tökümü" serialında Neyyir Xanım obrazı ilə məşhurlaşıb.

13 yanvar 2025-ci ildə vəfat edib.

İstinadlar