Şərif Kamil oğlu Əsədullayev () — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru.

Həyatı Şərif Kamil oğlu Əsədullayev 1 sentyabr 1955-ci ildə Lənkəran rayonu nunun Şağlaser kəndində anadan olub. SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1985–2013-cü illərdə Azərbaycan Respublikası Daxili işlər orqanlarında Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi. 2001-ci ildə isə baş idarələrin rəis müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

23 yanvar 2014-cü ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Şərif Əsədullayev Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in "Qüsursuz xidmətə görə" 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir. Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Şərif Əsədullayev rəis kimi xüsusi xidmətləri olmuşdur.

2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

16 yanvar 2024-cü ildə Bakı şəhərində uzunsürən xəstəlikdən vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Ailəsi Ailəli idi.

İstinadlar

Xarici keçidlər Azərbaycanda polis generalı vəfat edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında

Kateqoriya:Azərbaycan polisləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları