SSRİ Xalq Komissarları Soveti yanında Sovet Nəzarəti Komissiyası () — SSRİ-də dövlət nəzarəti orqanı. 11 fevral 1934-cü ildə ləğv edilmiş Fəhlə-Kəndli Müfəttişliyi Xalq Komissarlığının (RKİ) əvəzində təsis edilmişdir.

Funksiyası Sovet Nəzarəti Komissiyası SSRİ Xalq Komissarları Sovetinin qərarlarının icrasını, vəsaitlərin və maddi sərvətlərin xərclənməsini yoxlayan əsas orqan idi. Komissiya ümumittifaq idarəetmə orqanı kimi öz fəaliyyətini Sovet Nəzarəti Komissiyasının mərkəzi aparatı, eləcə də ittifaq və muxtar respublikalar, ərazi və vilayətlərdəki səlahiyyətli nümayəndələr vasitəsilə həyata keçirirdi. Komissarları SSRİ Xalq Komissarları Sovetinin razılığı ilə Komissiya təyin edilir və vəzifələrində azad olunurdu.

İstinadlar

Əlavə ədəbiyyat Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923–1991 гг.: Историко-биографический справочник / Сост. В. И. Ивкин. — М., 1999.

Kateqoriya:SSRİ-nin dövlət təşkilatları Kateqoriya:SSRİ iqtisadiyyatı